Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Dəmirbank”ın narazı müştəriləri mətbuat konfransı keçirib

Şikayətçilər “Dəmirbank”ın onları aldatdığını iddia edirlər

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Dəmirbank”da hüquqlarının pozulduğunu idda edən vətəndaşların mətbuat konfransı keçirilib. Simsar.az-ın məlumatına görə, Azər Səfərov şikayətçilərin adından danışaraq iddia edib ki, adı çəkilən bank onun özü ilə yanaşı 10 nəfərə yaxın adamı aldadıb: “Bu bank bir neçə insana problem yaradıb. Həmin insanlara təzyiq edib, hədə-qorxu gəlib. Mənim özümə təzyiq etməklə kreditlə aldığım maşını əlimdən alıblar, evimə basqın ediblər. Buna görə polisə müraciət etsəm də müraciətim nəticəsiz qalıb. Mən həmin bankdan Audi markalı maşın alıb, borcumu ödədiyim halda məndən 6 min manatdan da artıq pul tələb edirlər”.
Azər Səfərovla yanaşı digər şikayətçilər Füzuli Hüseynov, Sayad Kazımova və Rauf Ağalarov “Dəmirbank”ın onları aldatdığını iddia ediblər. Füzuli Hüseynov bankdan götürdüyü 10 min dollar pulun hamısını geri ödəyə bilməyib və qalan borcuna görə bank onun girov qoyduğu evi satışa çıxarıb: “Mənim qalan borcumdan əlavə üstümə 12 min 122 manat yüklədilər ki, ödəməlisən. Evimin hərraca çıxarılmaması üçün məhkəməyə müraciət etdim. Çünki bizim xəbərimiz olmadan 65-70 min manat dəyərində olan evi 22 min manat qitymətləndirmişdilər. Buna görə də şikayət etdim. Evin satılması müvəqqəti dayandırılsa da, məndən 12 min 122 manat ödəmək tələb olunur”.
Şikayətçilər tələb edib ki, “Dəmirbank”da yoxlama aparılsın: “Biz bu ölkənin vətəndaşı kimi konstitusyon hüququmuzdan istifadə edib, tələb edirik ki, “Dəmirbank”ı yoxlasınlar. Sübut olunsun ki, haqsız olan kimdi”.

Fatimə






18 Sentyabr, 2012  17:56 Baxılıb: 968 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner