Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçirilib - FOTOLAR

“Mənim üçün türk dünyasının iki şairi var; Yunus Əmrə və Məhəmməd Fizuli” 

"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə bu il sentyabr ayının 16-dan 19-dək Bakıda səfərdə olan məşhur yazıçı, “Babildə ölüm, İstanbulda eşq”, “Şah və Sultan”, “OD” və bir çox başqa populyar romanların müəllifi professor İskəndər Palanın iştirakı ilə dünən R.Behbudov adına Dövlət Mahnı Teatrında "İskəndər Pala ilə ədəbi-fəlsəfi fikir gecəsi" keçirilib.

İlk çıxış edən millət vəkili Qənirə Paşayeva İ.Palanın yaradıcılıq fəaliyyəti, fəlsəfi düşüncələri barədə məlumat verib.

Daha sonra geniş çıxış edən İ.Pala fəlsəfə, ədəbiyyat, estetika və din üzərinə düşüncə və fikirlərini bölüşüb, oxucuları maraqlandıran suallara cavab verib.

Şair böyük türk şairi Yunus Əmrənin ideyaları ətrafında geniş çıxış edib. Ona görə, türk dünyasının iki böyük şairi var. Onlar Yunus Əmrə və Məhəmməd Füzulidir. Hər iki şairin şerlərindəki çalarlar, rənglər bütünlüklə türk düşüncə tərzinə uyğundur.

Görüşdən öncə R.Behbudov adına Dövlət Mahnı Teatrının girişində İskəndər Palanın “OD” romanının satışı təşkil olunub və kitabı əldə edənlər üçün sonda imzalanma mərasimi keçirilib. Kitabın satışından əldə edilən gəlir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə İranda zəlzələdən zərərçəkən soydaşlarımıza göndəriləcək.

Qeyd edək ki, “OD” romanı bugünlərdə “Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən Azərbaycan dilinə uyğunlaşdırılaraq nəfis şəkildə çap edilib.

 






18 Sentyabr, 2012  13:44 Baxılıb: 1219 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner