Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İranda Milli Şeir gününün əsasını qoyan Azərbaycan şairi

Daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan – İran şairi Məhəmmədhüseyn Şəhriyar 1988-ci ilin bu günündə dünyasını dəyişib.

Azərbaycan və farsca şeirlər yazan şair 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan almış və bu savadlı, qayğıkeş, mehriban müəllimini həmişə böyük hörmətlə yad edib. O, ibtidai və orta məktəbləri Təbrizdə başa çatdırmış, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeirini Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc etdirib.

Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Dar-ül-fünununda, sonra isə Tibb fakultəsində ali təhsil almağa başlayıb. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olub.


Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərib.

Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, yəni 18 sentyabr hər il İranda "milli şeir günü" kimi qeyd edilir.






18 Sentyabr, 2012  13:05 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner