Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK Misir Mərdanovun ittihamlarını cavablandırdı

“Ola bilməz ki, bu il keçid balı 250 olsun, gələn il 150”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil naziri Misir Mərdanovun qəbul imtahanlarında keçid balının 150-yə salınmasının ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlı olduğuna dair ittihamlarına cavab verib. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Simsar.az-a açıqlamasında bildirib ki, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında istifadə olunan test tapşırıqları orta ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına və dərs vəsaitlərinə uyğundur: “TQDK həmin sualların məzmunu ilə bağlı bütün növ elmi müzakirələrə həmişə açıq olub və bu gün də açıqdır. Komissiyanın nəzdində fəaliyyət göstərən fənn seminarlarında qəbul proqramlarının müzakirəsinə orta, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, müstəqil ekspertlər sərbəst şəkildə iştirak edə bilirlər”.

E.Nağızadə deyib ki, komissiya hər il yanvar ayında “Abituriyent” jurnalının müvafiq sayında imtahanda istifadə olunacaq test tapşırıqlarının nümunələrini - model testləri təqdim edir: “Həmin vaxt bu testlərlə bağlı hər hansı fikir eşitmirik. Təəssüf ki, qəbul imtahanlarında sonra abituriyentlərin nəticələri qənaətbəxş olmadıqda imtahanda istifadə olunmuş test tapşırıqlarının “çətinliyi” yada düşür. Qəbul imtahanlarında istifadə olunan test tapşırıqları bütün beynəlxalq qiymətləndirmə standartlarına tam uyğundur. Azərbaycanda qəbul imtahanlarında istifadə olunan test tapşırıqları ilə bağlı beynəlxalq qiymətləndirmə qurumları və ekspertlər daim yüksək fikir bildiriblər. 2011-ci ildə elə təhsil nazirinin dəvəti ilə Dünya Bankı Ali Təhsil İslahatları Layihəsi çərçivəsində apardığı tədqiqatlar arasında qəbul imtahanlarında istifadə olunan test tapşırıqları da var idi. Həmin tədqiqatın yekunu olaraq hazırlanmış hesabatda imtahan suallarının müsabiqə aparılması üçün tam qənaətbəxş olduğu, bu sahədə qəbul olunmuş beynəlxalq standartlara tam cavab verdiyi birmənalı şəkildə vurğulanıb. Biz indi də belə tədqiqatların aparılmasına müsbət yanaşırıq”.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanov mətbuata müsahibəsində qəbul imtahanlarında balların aşağı salınmasının təhsildəki keyfiyyətlə bağlı olmadığını deyib: “Bunu araşdırmaq üçün ciddi təhlil aparmaq lazımdır. Mən bu işdən baş çıxardan adamam. Ola bilməz ki, 10 milyona yaxın əhalisi olan Azərbaycanın daxilində 1 il ərzində təhsilin səviyyəsi çox aşağı düşsün. Bu məsələ birmənalı şəkildə deyim ki, ilbəil sualların çətinləşdirilməsi, qəlizləşdirilməsi ilə bağlıdır. Ola bilməz ki, bu il keçid balı 250 olsun, gələn il 150”.






17 Sentyabr, 2012  21:46 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner