Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İskəndər Pala Atatürk Mərkəzində olub – YENİLƏNİB

.


“Azərbaycan Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə Azərbaycanda səfərdə olan məşhur türk yazıçısı İskəndər Pala bugün (17 sentyabr 2012) Azər¬baycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət Komitəsinin və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri professor Nizami Cəfərovla görüşmüşdür.

ABAİ İB-nin həyata keçirdiyi mədəni layihələrlə yaxından tanış olduğunu, Birliyin sədri, millət vəkili Qənirə Paşayevanın ortaq türk dəyərlərinin və bu dəyərlərin çağdaş yaradıcılarının təbliği sahəsindəki çalışmalarını təqdir etdiyini deyən professor Cəfərov, İskəndər Palanın respublikamıza səfərini də bu qəbildən əlamətdar hadisə kimi dəyərləndirmişdir. O, İskəndər Pala yaradıcılığı ilə, özəlliklə onun türk divan ədəbiyyatı araşdırmaları ilə yaxından tanış olduğunu, Atatürk Mərkəzinin kitabxanasında hörmətli qonağın bir neçə elmi əsərinin olduğunu bildirmişdir.

Qəbul üçün təşəkkürünü bildirən İskəndər Pala, Azərbaycanda olmaqdan, önəmli insanlarla görüş¬lərdən və tarixi-mədəni yerlərə ziyarətdən məmnun olduğunu bildirmişdir. O da öz növbəsində professor Nizami Cəfərovun elmi və ictimai-siyasi fəaliyyətindən xəbərdar olduğunu qeyd etmiş, ona özünün yeni kitablarını bağışlamışdır.

Görüşdə ortaq türk dili, ortaq türk keçmişindən ortaq türk gələcəyinə aparan yollar, konkret olaraq, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin bugünü və gələcəyi barədə fakir mübadiləsi aparılmışdır.

Görüşün sonunda xatirə şəkli çəkilmiş və Türkiyəli yazıçı Atatürk Mərkəzi ilə yaxından tanış olmuşdur.

***

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) sədri Qənirə Paşayevanın dəvəti və təşkilatçılığı ilə Bakıya səfər edən Türkiyənin məşhur yazıçısı İskəndər Pala AMEA-nın Tarix Muzeyini ziyarət edib. Bu barədə Simsar.az-a Qənirə Paşayevanın mətbuat xidmətindən məlumat verilib. AMEA-nın birinci vitse-prezidenti, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru Nailə Vəlixanlı ilə görüşən İskəndər Palaya Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini özündə əks etdirən muzeyin tarixi, Azərbaycan tarixşünaslığının dünəni və bu günü barədə ətraflı məlumat verilib.
İskəndər Pala Bakıya səfər etməsindən və Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini özündə əks etdirən belə bir muzeyi ziyarət etməsindən məmnunluğunu ifadə edib. O, muzeyə kitablarını hədiyyə edib.
Sonra məşhur yazıçı N.Gəncəvi adına Ədəbiyyat muzeyini ziyarət edib.

Xatirə






17 Sentyabr, 2012  21:19 Baxılıb: 971 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner