Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rezidenturaya qəbul olanların nəzərinə!

Həmin şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən 21-dək SN-ə təqdim etməklə qeydiyyatdan keçməlidirlər

Azərbaycan Səhiyyə Nazirliyi (SN) 2012/2013-cü tədris ili üçün rezidenturaya qəbul olanlara müraciət edib. Simsar.az-ın nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, rezidenturaya qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən 21-dək SN-ə (Akad. M. Mirqasımov 1A küç., otaq 108. Tel: 565-12-58, 441-26-03 (daxili108) təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Bunun üçün rezidenturaya qəbul olmuş şəxsin iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd ( diplom ) və onun surəti tələb olunur. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, bu il rezidentura səviyyəsi üzrə ayrılmış 514 plan yerinə 492 nəfər qəbul olunub. Sənədlərin qəbulu göstərilən cədvəl üzrə (ixtisaslar, tarix və saat nəzərə alınmaqla) keçiriləcək:

17.09.2012 -ci il tarixində saat 10:00-17:30

Allerqologiya
Anesteziologiya - reanimatologiya
Dermatovenerologiya
Endokrinologiya
Epidemiologiya
Ftiziatriya
Genetika
Gigiyena
Hematologiya
İmmunologiya
Kardiologiya

18.09.2012-ci il tarixində saat 10:00 - 17:30
Mamalıq-ginekologiya
Mikrobiologiya
Narkologiya
Nefrologiya
Nevrologiya
Neyrocərrahiyyə

19.09.2012-ci il tarixində saat 10:00 - 17:30
Oftalmologiya
Onkologiya
Otorinolarinqologiya
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza
Pediatriya
Plastik cərrahiyyə
Psixiatriya
Qastroenterologiya
Revmatologiya
Sosial gigiyena və səhiyyənin təşkili

20.09.2012-ci il tarixində saat 10:00 - 17:30
Stomatologiya
Şüa diaqnostikası
Şüa terapiyası
Terapiya
Travmatologiya-ortopediya

21.09.2012-ci il tarixində saat 10:00 - 17:30
Ümumi cərrahiyyə
Ürək-damar cərrahiyyə
Urologiya
Uşaq cərrahiyyəsi
Üz-çənə cərrahiyyəsi
Yoluxucu xəstəliklər






15 Sentyabr, 2012  16:04 Baxılıb: 957 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner