Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tovuz rayonunda iki məktəb açıldı

Qənirə Paşayeva açılışda iştirak edib

 

Tovuzda şəhid Elxan Məmmədov adına 360 yerlik yeni məktəb binasınin açılışı olub. Bu barədə Simsar.az-a millət vəkili Qənirə Paşayevanın mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən danışıblar.
Çıxışçılar məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulayıblar. Bildiriblər ki, Fondun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 3 məktəb binası istifadəyə verilib Bundan əlavə, daha 14 məktəb binası dövlət vəsaiti hesabına tikilib, hazırda rayonda daha 3 məktəb binasının tikintisi davam edir.
Qənirə Paşayeva bildirib ki, Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artması sevindirici haldır. Millət vəkili ali məktəblərə daxil olan şagirdlərin arasında 500 baldan artıq toplayanların sayının artmasını müsbət göstərici kimi qiymətləndirib. O, həmçinin bu il Tovuz rayonundan 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirib və bildirib ki, ölkə üzrə rayonlar arasında ən çox hərbi məktəblərə daxil olanların sayına görə Tovuzun ön sırada olması onu məmnun edir.
Sonra tədbir iştirakçıları 18 sinif otağından, fizika, kimya laboratoriyaları, 2 informatika otağı, kitabxana və idman zalından ibarət olan, müasir avadanlıqla təmin edilmiş ikimərtəbəli yaraşıqlı məktəb binası ilə tanış olublar.

Tovuz rayonunda daha bir məktəb Qovlar qəsəbəsində açılıb. 640 yerlik yeni üçmərtəbəli məktəb binasının açılışında da Qənirə Paşayeva iştirak edib. Həmin qəsəbə artıq şəhər statusu alıb.






15 Sentyabr, 2012  15:28 Baxılıb: 1153 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner