Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bilik günü”dür

.

Bu gün, sentyabrın 15-i ölkədə “Bilik gün” qeyd olunur.

Simsar.az xəbər verir ki, “Bilik günü” — Azərbaycanda məktəblərdə dərslərin başladığı gün kimi qeyd edilir.

2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə, həmin gün “Bilik Günü” elan edilib.

Bu gün Azərbaycanın ümumi təhsil məktəblərinin I sinifinə 130 min 454 şagird qəbul olunacaq.

Bu ötən dərs ilində I sinifə gedən şagirdlərin sayından təxminən 6 min nəfər çoxdur. Belə ki, ötən il bu göstərici 120 min 32 nəfər təşkil edib.

Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinifinə isə 36 min 102 şagird qədəm qoyacaq. Qeyd edək ki, ötən tədris ilində bu göstərici 35 min 509 nəfər olub.

Bu gün respublika üzrə 50 min şagird yerlik 167 yeni orta məktəb istifadəyə veriləcək. 103 məktəbin əsaslı təmir edilib, 21 məktəb üçün əlavə korpuslar inşa olunub.

Bakı şəhərində isə 7 məktəb binasına bu gün ilk dəfə məktəblilər qədəm qoyacaq. Bundan əlavə 32 məktəb üçün əlavə korpus inşa olunub, 68 məktəbdə əsaslı təmir işləri aparılıb, 3 məktəbin istilik sistemi təmir edilib, 2 məktəbə qaz xətti çəkilib.

Təhsil müəssisələrinə 221 adda 477 min 830 ədəd dərslik, 32 adda 2893 ədəd dərs vəsaiti verilib.






15 Sentyabr, 2012  13:16 Baxılıb: 1187 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner