Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Göyçay və Ağdaş rayonları arasında nəqliyyatın hərəkəti bərpa edilib

.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometrliyində, Ağdaş rayonu ərazisindən keçən Türyançay çayının üzərindəki avtomobil körpüsü 4 gün öncə qəzalı vəziyyətə düşdüyündən ərazidə yeni nativ körpü salınıb. Simsar.az-ın məlumatına görə əsas körpü istismar müddətini başa vuraraq tam qəzalı vəziyyətə düşdüyündən onun yanında mövcud olan və 1948-ci ildə istismara verilən dəmir konstruksiyalı köhnə yardımçı körpü müvəqqəti olaraq təmir edilərək avtomobillərin hərəkəti bərpa edilib. Körpüdə aparılan quraşdırma işləri bu gün axşam saat 21:30 radələrində başa çatdırılıb və körpü istifadəyə verilib. 

Qeyd edək ki, ölkənin şimal rayonlarına yağan güclü leysan yağışları səbəbindən Türyançay çayında suyun səviyyəsi xeyli qalxıb, sel suları körpünün sütunlarını yuyaraq onun 4 yerdən çökməsinə səbəb olmuşdu. 1963-cü ildə istifadəyə verilən, uzunluğu 60 metr, eni 12 metr olan 3 sütundan ibarət körpü nəqliyyat vasitələrinin istifadəsi üçün yararsız sayılır. Nəqliyyat vasitələri nativ olaraq Göyçay-Ucar-Ağdaş yolundan istifadə edirdilər. Ağdaş sakinləri rayon mərkəzinə avtomobillə getmək üçün 60 kilometr artıq məsafə qət etməli olurdular.






15 Sentyabr, 2012  02:50 Baxılıb: 802 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner