Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Prezident Aparatından Dilçilik İnstitutuna xəbərdarlıq

Akademik Ramiz Mehdiyev məsələni araşdırıb və Dilçilik İnstitutunun əməkdaşlarına xəbərdarlıq edib

AMEA Dilçilik İnstitutunun hazırladığı və yenicə çapdan çıxan Azərbaycan dilinin orfoqrafiya lüğəti Prezident Administrasiyası tərəfindən qadağan edilib. “Qafqazinfo” xəbər verir ki, bu günlərdə AMEA-nın dilçilik institutu Azərbaycan dilinin orfoqrafiya lüğətini hazırlayıb və lüğətin siqnal nüsxəsi çıxıb. Lüğətin yenidən nəşr edilməsinin məqsədi isə onu daha da təkmilləşdirmək olub. Lakin institut Orfoqrafiya lüğətinin təkmilləşdirilməsi əvəzinə 2004-cü il nəşrinin təkrarı olaraq dərc edib. Hətta əvvəlki nəşrdə olan yanlışlıqlar da siqnal nüsxədə təkrarlanıb. Bu isə kitabın yeni nəşri ilə tanış olan ziyalıları narazı salıb.

Narazılıqlar haqqında məlumat alan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məsələni araşdırıb və Orfoqrafiya lüğətinin yenidən hazırlanmasını tələb edib. Ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib. Bundan sonra Prezident Administrasiyasından Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilib.

Xatırladaq ki, «Azərbaycan Respublikasının Dövlət Dili haqqında» Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə nəşr olunub. Aradan 8 il keçsə də, Orfoqrafiya lüğətinin təkmilləşmiş nəşri hələ də oxucuların ixtiyarına verilməyib.

Məlumata görə, Prezident Administrasiyasından kəskin reaksiyanın bir səbəbi də budur.

Hazırda AMEA Dilçilik İnstitutunda bununla bağlı gərginlik yaşandığı bildirilir.






14 Sentyabr, 2012  19:09 Baxılıb: 1136 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner