Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nigar Yaqublunun müdafiəsilə bağlı konfrans keçirilib

QHT rəhbərləri siyasi fəalın azadlığa buraxılması yollarını müzakirə ediblər

Vətəndaş cəmiyyəti təşkilatları sentyabrın 14-ü RATİ-nin ofisində müsavatçı Nigar Yaqublunun həbsi ilə bağlı toplantı keçirib. Tədbirdə Nigar Yaqublunun atası, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Divan üzvü Qubad İbadoğlu, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, İradə Cavadova, vəkillər Aslan İsmayılov, Adil İsmayılov, ictimai fəallar iştirak ediblər.

Tofiq Yaqublu çıxışında bildirib ki, Nigar Yaqublunun istintaqdan yayınması haqda xəbərlər yanlışdır: “Nigar heç bir istintaq hərəkətindən yayınmayıb. İlk gündən bütün çağırışlara gedib. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi düzgün deyil”.

Nigar Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirini pisləyən hüquq müdafiəçiləri bildiriblər ki, bu hadisə Azərbaycan mentalitetinə, dəyərlərinə uyğun deyil, gənc bir xanımın həbsdə saxlanması son dərəcə pis haldır.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı Nigar Yaqublunun müdafiəsinə qatılanları təmkinli olmağa səsləyib: “Həbsdə olan gənc bir xanımdır. Bu səbəbdən Nigarın müdafiəsinə qatılan hər kəs hərəkətində, açıqlamalarında diqqətli olmalıdır. Ən kiçik səhv belə Nigar xanımın əleyhinə istifadə oluna bilər”.

Toplantıda Nigar Yaqublunun azadlığa buraxılması üçün prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək qərara alınıb.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Abşeron Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomaşınla toqquşub. Sentyabrın 11-də Daxili İşlər Nazirliyi Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyini və qəzanın onun təqsiri üzündən baş verdiyini açıqlayıb.

Sentyabrın 14-də Sumqayıt Apellyasiya Məhkəməsində Nigar Yaqublunun şikayətinə baxılacaq.






14 Sentyabr, 2012  18:05 Baxılıb: 1097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner