Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Rusiya ali məktəblərinə qəbul edilən 12 gənc ölkəyə geri qaytarılıb

TQDK sədri “Rusiya həmin tələbələri maddi imkansızlıq üzündən qəbul etməyib” – deyir 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Rusiya ali məktəblərinə qəbul edilən 12 azərbaycanlı gənc ölkəyə geri qaytarılıb. Simsar.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ali məktəblərinin bakalavriat səviyyəsi üzrə qəbul olunmuş 20 azərbaycanlı gəncin 10-u ölkəyə geri qaytarılıb. Bununla yanaşı, Rusiya ali məktəblərinin magistraturalarına qəbul olunmuş 2 nəfər də ölkəyə geri göndərilib.

Rusiya həmin tələbələri maddi imkansızlıq üzündən qəbul etməyib. Buna təəssüflənən TQDK sədri bildirib ki, Rusiya bakalavriat səviyyəsi üzrə yalnız 10 nəfəri qəbul etməyə imkan verdiyini açıqlayıb. Geri qaytarılan tələbələr topladıqları ballara uyğun olaraq, Azərbaycanın ali məktəblərinə yerləşdirilib.

Abbaszadə deyib ki, TQDK Heydər Əliyev Fondu ilə birlikdə Litva ali məktəblərinə azərbaycanlı tələbələrin qəbulunu aparıb. Həmin ölkənin ali məktəblərinə 15-dək azərbaycanlı qəbul olunub. Amma həmin şəxslər dövlət hesabına deyil, öz hesablarına təhsil alacaqlar. Heydər Əliyev Fondu həmin tələbələrə maddi dəstək göstərir.
Abbaszadə qalan xarici ölkələrdə təhsil almağa göndərilən azərbaycanlı gənclər haqqında məlumatının olmadığını da söyləyib.






14 Sentyabr, 2012  17:03 Baxılıb: 1056 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner