Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əxlaqsızlıq yuvası təşkil edənlər tutuldu

Saxlanılanlar Bakıda və Qəbələdə istirahət mərkəzlərində əxlaqsızlıq yuvası təşkil ediblər 

Əxlaqsızlıq yuvası təşkil edənlər saxlanılıb. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi (İAMİ) tərəfindən Simsar.az-a verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü, Qəbələ rayonu, Nohurqışlaq kəndində pasport qeydiyyatında olan Mehralıyev Nurəddin Aydın oğlu saxlanılıb.

Araşdırma zamanı onun Qəbələ rayonu, Bunut kəndi ərazisindəki Qəbələ-İsmayıllı şosesinin kənarında yerləşən və inzibatçısı olduğu “Sərin meşə” istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etməsi faktı müəyyən edilib.

Qeyd edək ki, insan alveri ilə bağlı daha bir fakt Bakıda qeydə alınıb.

Belə ki, İAMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində pasport qeydiyyatında olan Əliyev Surxay Əhəd oğlu saxlanılıb.

Aparılan araşdırma zamanı onun işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu 20/96-cı məhəllədə yerləşən “Tovuz” adlı kafedə gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktı müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.






14 Sentyabr, 2012  16:46 Baxılıb: 1058 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner