Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sona Vəliyeva jurnalistlərə hesabat verdi

.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan təhsil sahəsində yenilikləri ilə seçilən "Kaspi" Təhsil Mərkəzi 4 illik fəaliyyətlərinin yekunları ilə bağlı hedabat-konfrans keçirilib

"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarına mərkəzin yaranması tarixi barədə ətraflı məlumat verib. S.Vəliyeva qeyd edib ki, mərkəzin yaradılmasında məqsəd təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir sistem yaratmaq olub.
Mərkəzin təsisçisi rəhbərlik etdiyi qurumun əsas vəzifələrinin Azərbaycan vətəndaşlarına xarici dilləri mükəmməl öyrətmək, kompyuter biliklərini genişləndirmək, beynəlxalq arenaya inteqrasiyanı sürətləndirmək olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda "Kaspi"də dünya standartlarına cavab verən magistr, xaricdə təhsil, məktəbəqədər və abituriyent hazırlıqları şöbələri fəaliyyət göstərir.

Sona Vəliyeva ötən illər ərzində mərkəzin xaricdəki təhsil şöbəsinin 100-dən çox tələbənin xarici ölkələrin aparıcı universitetlərinə qəbuluna nail olduğunu və hazırda "Kaspi"nin dünyanın 120-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini deyib.

2007-ci il mayın 4-dən fəaliyyət göstərən mərkəzin rəhbəri əlavə edib ki, təhsil ocağında abituriyent hazırlığına xüsusi önəm verilir: “Bu bölməyə yüksək hazırlıqlı müəllimlər cəlb olunub. Buranın abituriyentləri qəbul imtahanlarında yüksəl bal toplayıbılar. Abituriyentlərimizin 96 faizi ali məktəblərə daxil olub. Onlardan bir nəfət 675 bal toplayıb. Abituriyent bölməsində həmçinin psizoloqlar da çalışırlar. Onlar imtahan qabağı abituriyentlərdəki mümkün həyacanları aradan qaldırmaq üçün səylərini göstərirlər”.

Yeniliklər barədə danışan S.Vəliyeva deyub ki, bu ildəən başlayaraq Təhsil Mərkəzinin “Oxu TV” saytı fəaliyyət göstərəcək. Həmin sayıtda 1-11-ci siniflərin şagirdlərinə müəllimlər tərəfindən vizual dərslər keçiriləcək. Repititor yanına getmək imkanları olmayanlar bu saytdan yararlana bilərlər.

Təhsil Mərkəzində şagird-müəllim-valideyn üçbucağı sisteminin olduğunu deyən S.Vəliyeva qeyd edib ki, bu, üçbucağın mütəmadi olaraq görüşləri keçirilir.

Bundan başqa Təhsil Mərkəzinin kimya və fizika dərslikləri, test bankları işıq üzü görüb. Hazırda burada riyaziyyat, Azərbaycan dili və ədəbiyyat dərslikləri hazırlanır.

Hesabat-konfransın sonunda Təhsil Mərkəzinin bu il ən yüksək balla ali məktəbə qəbul olmuş dörd tələbəsi rəhbərlik tərəfindən mükafatlandırılıb.


Fatimə Kərimli






14 Sentyabr, 2012  16:34 Baxılıb: 1519 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner