Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Metropoliteni payız cədvəli ilə hərəkətə başlayacaq

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Metropolitenində qatarların payız cədvəli üzrə hərəkətinin təşkilinə başlanılacaq

 

Bakı Metropolitenin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bununla əlaqədar sentyabrın 17-dən qatarlar arasındakı məsafədə bəzi dəyişikliklər ediləcək. Yeni qrafikə əsasən, «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında məsafə gur saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq, «28 May» stansiyasından «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində hərəkətedən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək.

Bildirək ki, yay dövründə qatarların hərəkət intervalı 2,5 dəqiqə idi. Günün digər vaxtlarında qatarlar «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədərvə əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcəklər. Həmin vaxtlarda «İçərişəhər» və «Dərnəgül» stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında məsafə 5-6 dəqiqəyə bərabər olacaq. «Həzi Aslanov» stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız «Bakmil-N.Nərimanov» yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun tətbiq edilir. Yeni qrafik gələn ilin iyul ayınadək etibarlı olacaq.






14 Sentyabr, 2012  16:28 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner