Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QALİB SALAHZADƏ: «QEYDİYYATI OLMAYAN EVLƏRİN KOMMUNAL XƏRCLƏRİ HARA GEDİR?»

«Bu məsələ həll olunsa, insanlar asanlıqla kredit götürə və kiçik bizneslərini qura bilərlər»

Milli Məclisin regional məsələlər komitəsinin üzvü Qalib Salahzadə fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər barədə Simsar.az saytına açıqlama verib.

Q.Salahzadə bildirib ki, 2011-ci il martın 9-da prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə evlərin qeydiyyata alınması prosesinin sürətləndirilməsi barədə göstəriş verib: «Həmin göstərişin üzərindən il yarım keçməsinə baxmayaraq, hələ də bu sahədə mövcud problemlər həllini tapmayıb. Dövlət başçısı qeydiyyata alma zamanı əsassız tələblərin irəli sürülməsi, rüşvət faktı, xüsusi maraqların ola biləcəyinin sirr olmadığını deyib. Ölkə başçısı deyib ki, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürmək mümkün olsun. Əks təqdirdə xoşniyyətli təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından dövlətə ancaq problemlər gətirə bilər. Təəssüflər olsun ki, cənab prezidentin göstərişinə hələ də əməl olunmur».

Bakı kəndlərindəki evlərin qeydiyyat problemini dilə gətirən millət vəkili əlavə edib ki, əksər rayon icra başçıları tərəfindən qanunsuz olaraq bələdiyyə torpaqları 99 illiyinə icarəyə verilib: «Parlamentdəki çıxışımda da bildirdim ki, seçicilərim, vətəndaşlar məndən bu məsələyə son qoymağı tələb edirlər. Bu gün Bakı kəndlərində və qəsəbələrində 100 evdən 90-95-nin yaşayış qeydiyyat sənədi yoxdur. Evlərin qeydiyyatının aparılmaması Bakı kəndlərində həqiqətən də narahatlıq yaradır».


Qeydiyyatın aparılması sahəsində nə kimi çətinliklərin olmasına gəlincə, millət vəkili qeyd edib ki, bu proses bəzi məmurların ölkə başçısının göstərişinə məsuliyyətsiz yanaşmaları ucbatından yubanır: «Evlərin qeydiyyatının aparılmasının çox sadə yolu var. Elm-texnika inkişaf edib. Kəndbəkənd gəzməyə ehtiyac yoxdur. Sputnik vasitəsilə evlərin çertyojunu çəkib, vəziyyəti öyrənmək olar. Amma bunu həyata keçirmirlər. Bəhanə kimi evlərin qaz, elektrik xətlərinin yanında yerləşməsi göstərilir. Bu çox gülməlidir. Cəmi 3-5 faiz ev var ki, onlarda belə problemlər ola bilər».

Q.Salahzadənin sözlərinə görə, evlərə qaz, işıq, su, telefon xətləri çəkilibsə, onların qeydiyyatı vacibdir: «Əgər bütün kommunal xərclər ödənilirsə, onların pulu hara gedir? Burada dövlətə böyük məbləğdə zərər dəyir. Ölkə başçısı Bakı kəndlərinin sosial-iqtisadi inkişafı ilə bağlı xeyli işlər görüb. Amma qeyd etdiyi kimi onun il yarım öncə verdiyi göstərişi bu gün yerinə yetirmirlər. Ev var ki, 50-60 il bundan qabaq tikilib, ailənin üzvləri yaşlaşıblar. Belə evlər mütləq qeydiyyata alınmalıdır. Bundan başqa elə evlər də var ki, cəmi iki nəfər yaşayır, amma 30-dan çox şəxs həmin evə qeydiyyatdadır. Harasa arayış vermək lazım olanda hansısa evə qeydiyyata düşürlər. Bu kimi məsələlərin də qarşısı alınmalıdır».

Q.Salahzadə əlavə etdi ki, evlərə qeydiyyat sənədlərinin verilməməsi orada yaşayan insanların maddi rifah halına, sosial durumuna da mənfi təsir göstərir: «Qeydiyyatın olmaması vətəndaşın banklardan kredit almasını əngəlləyir. Əgər qeydiyyat problemi olmasa vətəndaşlar asanlıqla banklardan kredit götürə və həmin pulla kiçik sahibkarlıq bizneslərini genişləndirə bilərlər. İndiki zamanda buna böyük ehtiyac var ».


RUSLAN







14 Sentyabr, 2012  15:40 Baxılıb: 2121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner