Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azadlıq” qəzetinin iddiası təmin olunmadı


“5 qəpik söhbəti” 30 000 manat cəriməyə səbəb olub

Bakı Apellyasiya Məhkəməsi Yasamal Məhkəməsinin “Azadlıq” qəzetini 30 000 AZN cərimələyən qərarını qüvvədə saxlayıb. Simsar.az xəbər verir ki, qəzet Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq” qəzetini 2012-ci ilin iyununda “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli məqaləyə görə məhkəməyə vermiş, qəzetin 200 000 AZN cərimələnməsini xahiş etmişdi. Yasamal Məhkəməsi metropoliten rəisinin sözügedən yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarmışdı.

“Azadlıq” qəzetinin vəkilləri həmin qərarın ləğv olunması tələbilə apellyasiya şikayəti vermişdi. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi (hakim İsmayıl Vəliyev) şikayəti rədd edib. Prosesdə qəzetin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkillərindən Fariz Namazlı iştirak edib. Vəkilin bildirdiyinə görə, Apellyasiya Məhkəməsi aşağı məhkəmənin arqumantlərini haqlı sayıb. F. Namazlı qərarın qanunsuz olduğunu, müdafiə tərəfinin təqdim etdiyi etiraz və dəlilləri incələmədən qəbul edildiyini deyib. Qərardan kassasiya şikayəti veriləcək.






13 Sentyabr, 2012  18:03 Baxılıb: 1353 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner