Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dini Komitədə “Sülh aylığı”

Komitə cəzaçəkmə müəssisələrində tədbir keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər keçirib. Bu barədə Simsar.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Kürdəmir şəhərində din xadimlərinin və ağsaqqalların iştirakı ilə “Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə dinlərin əsasını təşkil edən sülh və ədalət prinsiplərinin insanlar arasında təbliğindən, eyni zamanda dinin terror və hər cür zorakılıq təzahürlərindən uzaq olması barəsində maarifləndirmə işində dindarların verə biləcəyi tövhələrdən danışılıb.
Dövlət Komitəsi eyni mövzuda Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev İdarəçilik Universitetində “Dəyirmi masa”, Ağcabədi rayonunda ağsaqqalların və ziyalıların iştirakı ilə seminar-treninq, Quba rayonunda isə dindarların iştirakı ilə seminar keçirib.
“Sülh aylığı” çərçivəsində analoji tədbirlərin digər regionlarında da keçirilməsi planlaşdırılır.
Bundan başqa Milli Fəaliyyət Proqramına (MFP) uyğun olaraq Dini Qurumlarla İş üzərə Dövlət Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə bir neçə cəzaçəkmə müəssisələrində “Azərbaycanda dövlət-din münasibətləri”, “Azərbaycanda İslam ənənələri”, “İslamda əxlaq”, “İslamda intihara münasibət” və s. mövzularda tədbirlər keçirib.

Xatirə






13 Sentyabr, 2012  15:35 Baxılıb: 913 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner