Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abel Məhərrəmov: “Əyani təhsilə üstünlük verənlər daha çoxdur”

“Bu ildən ali məktəb tələbələrinin əyani və qiyabi təhsil formasını sərbəst seçmələri Bakı Dövlət Universitetində xırda problemlər yaradıb”.

Simsar.az-ın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Universitetdə qeydə alınan bu ilki nəticələr bir qədər gözlənilməz olub: “Əvvəllər BDU-ya qəbul olunan 3500 tələbənin 25-30 faizi qiyabi təhsil formasında təhsil alırdı. Builki tələbə qəbulu sistemində edilən dəyişikliyə əsasən, onlar təhsil almaq istədikləri istiqaməti özləri seçdiklərindən daha çox əyani təhsilə üstünlük veriblər. Bu məsələ dövlətin apardığı siyasət olduğundan tələbələrə heç bir baryer qoyulmadı. Universitetə qəbul olan tələbələrdən yalnız 90-a yaxını qiyabi təhsil almaq istədi. Amma bu, xırda problemlərə də gətirib çıxardı. Çünki elə ixtisas var idi ki, orada 1-3 tələbə təhsil almaq istəyirdi. Bunları rektorluqda müzakirə edərək müəyyən çıxış yolları tapmışıq. Əsas odur ki, gəncin istək və arzusu həyata keçsin”.






12 Sentyabr, 2012  18:55 Baxılıb: 908 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner