Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Zarinadan səs-küylü “Muğam” – FOTOSESSİYA

Müğənni layihəni bəstəkar Elçin İmanovla birgə ərsəyə gətirib

Azərbaycan müğənnisi Zarina Məmmədova yeni layihə hazırlayıb. Bu barədə Simsar.az-a müğəninin özü məlumat verib.
Bəstəkar Elçin İmanovla birgə “Muğam” adlı mahnı ərsəyə gətirən Zarina bu layihədən böyük səs-küy gözləyir: “Çox böyük bir iş görmüşük. Sözləri Vahid Əzizə, musiqisi isə Elçin İmanova məxsus “Muğam” adlı mahnı gözəl xalq musiqilərimizi xatırladır. Çox sevinirəm ki, Elçin müəllim bu mahnını məhz mənə təqdim etdi. Axı mən xanəndəlik sinifində oxuyuram. Xalq artisti Aygün Bayramovanın tələbəsiyəm. Estrada mahnılarını ifa etməyimə baxmayaraq mən xanəndəyəm və muğamı heç vaxt atmaram”.

Zarina onu da əlavə etdi ki, mahnını 26 avqust Beynəlxalq Muğam Gününə həsr edib: “Həmin günü bir neçə canlı efirdə oldum və Elçin müəllimlə birgə sözügedən mahnını məhz muğam gününə həsr etdiyimizi vurğuladıq. Əfsuslar olsun ki, bu il mahnıya klip çəkdirə bilmədim. Amma düşünürəm ki, inşallah, gələn il yenə də muğam günündə mahnıya ekran həyatı verəm. Onu necə ifa etdiyimi isə tamaşaçılar qiymətləndirəcək”.

Yeni layihə barədə bəstəkar Elçin İmanov da danışıb. Onun sözlərinə görə, mahnını ifa etmək üçün ən uğurlu seçim məhz Zarinadır: “Bir çox müğənnniləri düşündük. Ancaq seçim Zarina oldu. Çünki ağır mahnıdır. Onun öhtəsindən hər müğənni gələ bilməz. Bu mahnını ifa etmək üçün gərək həm estrada həm də muğamı ifa edə biləsən. Vahid Əzizlə birgə Zarinanın ifasına qulaq asanda ikimiz də eyni qərara gəldik – budur dedik. Mahnı sanki Zarinanın səsinə uyğun yazılıb”.

Zarina həmçinin musiqisi Emin Kərimiyə sözləri Leyli İsrafilovaya məxsus “Gedirəm” mahnısını da yazdırıb. O, yaxın günlərlə bir neçə yeniliyi ilə də tamaşaçıların qarşısına çıxacaq.






30 Avqust, 2012  18:12 Baxılıb: 1125 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner