Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən 441 06 99 nömrəli “qaynar xətt”ə müraciət eləsinlər

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Simsar.az-a açıqlamasında bildirib ki, valideynlər məktəblərdə uşaqlarını I sinfə qəbul edilməsi üçün yalnız tələb olunan sənədləri təqdim etməlidirlər: “Əgər sənədlərin təqdimatı zamanı onların narazılığına səbəb ola biləcək hər hansı məsələ ilə qarşılaşsalar, Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən 441 06 99 nömrəli “qaynar xətt”ə müraciət eləsinlər. Biz həmin problemləri operativ şəkildə həll edəcəyik. Bəzi mətbu orqanlarda guya I siniflərə qəbul zamanı valideynlərdən nəyinsə umulması barədə xəbərləri təkzib edirik. Belə hal yoxdur. Əgər varsa, bizim “qaynar xətt”ə müraciət eləsinlər və biz də bu müraciətləri ciddi şəkildə araşdıraq”.

Z. Əliqızı deyib ki, bu il Bakının orta məktəblərinə təkcə 30 minə yaxın I sinif şagirdinin gedəcəyi gözlənilir. I siniflərə qəbul Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir. Belə ki, sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqların valideynləri istənilən məktəbi seçib uşaqlarının təhsilini həmin məktəblərdə təşkil edə bilərlər. Sentyabrın 15-dən noyabrın 1-nə qədər 6 yaşı tamam olan uşaqlar orta təhsil müəssisələrində yaradılmış komissiyalara müraciət etməlidirlər. Noyabrın 1-dən sonuna qədər olan müddətdə 6 yaşı tamam olan uşaqların I sinfə getməsi ilə bağlı isə Təhsil Nazirliyində yaradılan komissiyaya müraciət etmək olar. Orada həmin uşaqların bilik səviyyələri araşdırılır və əgər həmin komissiyalar müsbət rəy verərlərsə, o uşaqlar I siniflərdə təhsil ala bilərlər. Artıq Bakının əksər müəssislərində I sinfə qəbul başa çatıb. Valideynlərin böyük əksəriyyəti may-iyun aylarında övladlarının təhsil alacaqları məktəbləri müəyyənləşdiriblər.






30 Avqust, 2012  18:06 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner