Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bakı Tekstil Fabriki” Dövlət Komitəsinə etiraz etdi - YALANDI

.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Bakı Tekstil Fabriki” MMC-də istehsal olunan məhsulların qeyri-standart olmasına dair məlumat yayıb.

Məlumatda qeyd olunur ki, MMC qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq “məktəbli forması” istehsal (realizə) olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.

Aşkar olunmuş bu və digər nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli forması”nın istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib.

“Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva Simsar.az-a açıqlamasında bildirib ki, Dövlət Komitəsinin məlumatı yalandı: “İstehsal etdiyimiz məhsulların qeyri-standart olmasına dair yayılan məlumatlar həqiqətə uyğun deyil”. 

RUSLAN






30 Avqust, 2012  17:02 Baxılıb: 1681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner