Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Məktəbli forması” istehsal edən fabrik cərimələnib

 “Bakı Tekstil Fabriki”-nə xəbərdarlıq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Baksol 1 ünvanında fəaliyyət göstərən Babayeva Səkinə Rəşid qızının rəhbərlik etdiyi “Bakı Tekstil Fabriki” MMC-də dövlət nəzarəti həyata keçirilib. Bu barədə Simsar.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir, ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq “məktəbli forması” istehsal olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.
Aşkar olunmuş bu və digər nöqsanlara görə , Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin “Bakı Tekstil Fabriki” MMC-də “məktəbli formasının” istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib.
Xatirə






30 Avqust, 2012  16:38 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner