Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Prezidentin keçmiş mühafizəçisi həbs edildi

Asif Lətifovun barəsində həbs-qətiimkan tədbiri seçilib

Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, baş leytenant Asif Lətifov həbs edilib. Bu barədə "Azadlıq"a Asif Lətifovun anası Gülnaz Lətifova məlumat verib. "Bu gün onu barəsində başladılan qondarma cinayət işinin istintaqı ilə bağlı Hərbi Prokurorluğa çağırmışdılar. Günorta saatlarında onu Hərbi Məhkəməyə apardılar və hakim barəsində 3 ay həbs-qəti imkan tədbiri seçdi", - deyə Gülnaz Lətifova bildirib. 
Asif Lətifovun anası hesab edir ki, oğlunun həbsi XDMX-nin rəhbərliyi səviyyəsində sifariş edilib: "Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri general Vaqif Axundov əvvəlcə onun qanunsuz olaraq işdən çıxardı. Asif bu qanunsuzluğa etiraz etdiyinə görə, barəsində qondarma cinayət işi başladıldı. Guya Asif xidmət zamanı iş yoldaşının gülləsini oğurlayıb. Halbuki Asif həmin gülləni tapmışdı və Xüsusi Dövlət Mühafizə Xidmətinin daxili təhqiqat şöbəsinə təşvil vermişdi. Özü də bu hadisə 2 il əvvəl baş verib. Niyə həmin vaxt Asif məsuliyyətə cəlb olunmurdu? Əgər Asifin əməlində cinayət tərkibi var idisə elə o zaman onu həbs edərdilər də. Niyə Vaqif Axundovun qanunsuz əməllərinə qarşı çıxdıqdan sonra onun barəsində cinayət işi başladılar?! Bütün bunlar onu göstərir ki, Asifin heç bir təqsiri yoxdur, sadəcə haqqını tələb etdiyinə görə Vaqif Axundovun hədəfinə gəlib. Asif 17 il Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb. Xüsusi təyinatlı "Betta" qrupunun zabiti olub, vəzifəsinin öhdəsindən layiqincə gəlib. Elə Vaqif Axundov özü onu dəfələrlə mükafata layiq görüb. Bəs indi nə oldu, Asif xidmətə yararsız oldu, cinayətkar oldu?! Mən sona qədər oğlumunu hüquqlarını müdafiə edəcəm. Prezidentin qəbuluna gedəcəm. Elə qəzetiniz vasitəsilə də İlham Əliyevə müraciət edərək deyirəm ki, bu məsələ diqqət yetirsin. Oğlumun günahsız yerə həbs olunmasını təşkil edən adamlar "dur" desin. Mən həmçinin bir ana kimi Mehriban Əliyevaya müraciət edirəm. Bir anaya olan haqsızlığa son qoyulmasında yardımçı olmasını xahiş edirəm".
Xatırladaq ki, 17 il XDMX-də xidmət edən Asif Lətifov 2011-ci ilin martında işdən çıxarılıb. Baş leytenant bunu özünə qarşı ədalətsizlik sayaraq, işə bərpa olunması uğrunda mübarizəyə başlayıb. Mətbuatda XDMX-də baş verənlərlə bağlı verdiyi açıqlamalardan sonra barəsində 228.1.9 (odlu silah saxlamaq və gəzdirmə) və 232.2.3 (vəzifə səlahiyyətindən sui-istifadə etməklə odlu silah və partlayıcı qurğular tələb etmək) maddələrilə cinayət işi başlanıb. İşə bərpa iddiası ilə ölkə daxili məhkəmə instansiyalarını keçən Asif Lətifov bu günlərdə Avropa Məhkəməsinə müraciət edəcəkdi.






30 Avqust, 2012  16:32 Baxılıb: 1003 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner