Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İslam Partiyasının sədr müavini yenidən həbs olundu

.

Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyev cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərar ləğv edilərək yenidən həbs olunub. 

Dünən Şirvan Rayon məhkəməsində Azərbaycan İslam Partiyası sədrinin təşkilat məsələləri üzrə müavini Arif Qəniyevin növbəti məhkəmə iclası keçirilib. Məhkəmə A. Qəniyevlə bağlı cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında qərarı ləğv edərək, cəzasının yerdə qalan hissəsini cəzaçəkmə müəssisəsində keçirməsi haqqında qərar qəbul edib.

Arif Qəniyevin azadlığa buraxılması ilə bağlı məhkəmə qərarı bu il iyunun 5-də qəbul edilib və iyunun 6-da islamçı azadlığa çıxıb.

Xatırladaq ki, A.Qəniyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub. Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməyib. O, Salyandakı 5 saylı cəzaçəkmə müəssisəsində saxlanırdı






30 Avqust, 2012  16:25 Baxılıb: 835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner