Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsa Qəmbər AXCP-nin təpkilərindən danışdı

.

“Biz Müsavat Partiyası olaraq, AXCP-ni özümüzə müttəfiq hesab edirik və müttəfiqliyi daha da dərinləşdirmək tərəfdarıyıq. AXCP partiya olaraq bizə heç bir ittiham irəli sürmür. Ayrı-ayrı şəxslərin fikir və mülahizələrinə isə hamımız səbirli yanaşmalıyıq”. 
Simsar.az bildirir ki, bu sözləri “Amerikanın səsi” radiosunun “Sərbəst kürsü” onlayn layihəsinə qatılan Müsavat başqanı İsa Qəmbər dinləyicilərin suallarına cavab verərkən deyib.

“Biz Müsavat Partiyası olaraq, AXCP ilə İctimai Palata formatında əməkdaşlıq edirik. Əsas məqsədimiz ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq, saxta parlamentin buraxılıb azad və ədalətli seçkilərlə həqiqi legitim parlament formalaşdırmaqdır”-deyə İ.Qəmbər qeyd edib.

Müsavat başqanı son günlər ciddi müzakirə olunan 2013-cü il prezident seçkiləri kampaniyasında vahid namizəd ideyası ilə bağlı müzakirələri də şərh verib. İ.Qəmbər bildirib ki, Müsavat Partiyası ilə AXCP arasında problem yoxdur.
“Heç kimə sirr deyil ki, Müsavat Partiyası mənim, AXCP isə öz sədrinin namizədlyini məqsədəuyğun hesab edir. Prezident seçkilərində namizəd məsələsi aktuallaşarsa, biz həm müttəfiqlərimizlə ikitərəfli məsləhətləşmələr aparacaq, həm İctimai Palatada ciddi müzakirələr keçirəcək, həm də cəmiyyətin əhval-ruhiyyəsini nəzərə alıb, xalqımız üçün ən düzgün qərarlar qəbul edəcəyik”-deyə İ.Qəmbər vurğulayıb.






30 Avqust, 2012  15:25 Baxılıb: 751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner