Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Xristian gənclərin Dağlıq Qarabağa səfərinə etiraz gəldi

“Bu səfər bir milyondan artıq insanın hüquqlarını kobud şəkildə pozulması anlamına gəlir”


“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmiş Xristian Gənclər Assosiasiyasının (YWCA ) üzvlərinə etiraz ünvanlayıb.
Müraciətdə deyilir: “ Hörmətli həmkarlar və Assosasiya üzvləri. Bu günlərdə sizin qurumun bir qrup üzvünün Azərbaycanın işğal altında olan ərazilərinə - Yuxarı Dağlıq Qarabağa səfəri tərəfimizdən böyük kədərlə qarşılandı.

Məlumat üçün bildirmək istərdik ki, sizlərin səfər etdiyiniz ərazilər erməni işğalçıları tərəfindən 1991-1993-cü illər ərzində işğal edilərək, etnik təmizlənmə aparılmış, bunun nəticəsində Azərbaycanın 1 milyondan artıq əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum olmuş, uşaqlar şikəst və valideyinsiz qalmışlar.
Bu günə kimi ermənilərin işğalçılıq siyasətini və Azərbaycan ərazi bütövlüyünün bərpası ilə bağlı Ermənistana qarşı BMT- nin 4 qətnaməsi, Avropa Birliyinin, Avropa Şurası Parlament Assambleyasının, Almaniya, İtaliya və s Avropa parlamentləri tərəfindən bu işğalçılıq siyasətinə son qoyulması və Azərbaycan ərazilərinin tezliklə boşaldılması ilə bağlı qətnamələr qəbul edilmişdir.

Hörmətli həmkarlarımız,

Biz Azərbaycan gəncləri bu gün Avropaya inteqrasiya istiqamətində irəliyə doğru addımlar atdığı halda, Avropanın və dünyanın bir sıra xristian təşkilatlarını özündə birləşdirən qurumun üzvlərinin bu addımı bizdə təəssüf hissi oyatdı. Çünki sizin qrumun üzvlərinin Dağlıq Qarabağın işğal ərazilərinə səfəri beynəlxalq hüquq normalarını pozmaqla yanaşı, 1 milyondan artıq insanın hüquqlarını kobud şəkildə pozması və bu işğalı dəstəkləməsi anlamına gəlir”.
Birlik həmçinin bəyanat vasitəsilə Azərbaycan gənclər təşkilatlarına da müraciət edib: “Biz Demokratik islahatçı Gənclər İctimai Birliyi olaraq, Təşkilatınızın üzvlərinin bu addımına etiraz olaraq, Azərbaycan gənclər təşkilatlarını bu qurumla hər hansı bir şəkildə əməkdaşlığını sonlandırmağa çağırırıq”.



.






30 Avqust, 2012  14:58 Baxılıb: 964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner