Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əli İnsanov: “Əfv ərizəsi yazmamışam, yazmaq fikrim yoxdur”

Vəkili sabiq nazirdən xəbər gətirdi 


Əli İnsanovun əfv ərizəsi yazması barədə bəzi KİV-də yayılan məlumatlar ağ yalandır. Bu barədə Turan-a keçmiş səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.
“Mən bu gün cəzaçəkmə müəssisəsində Əli İnsanovla görüşmüşəm. O bildirdi ki, əfv ərizəsi yazmayıb, yazmaq fikri yoxdur və heç zaman əfv üçün müraciət etməyəcək”, - vəkil vurğulayıb.

Əli İnsanov 1995-ci ilin oktyabrında parlament seçkiləri öncəsi iş otağında həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhdə hazırlıq maddəsi ilə ittiham edilib. Sonradan ittiham dəyişdirilərək iqtisadi cinayətlərlə əvəzlənib və o 11 il müddətinə azadlıqdan məhrum edilib. Ə.İnsanov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Ə.İnsanov məhkəmənin hökmündən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Kommunikasiya bir neçə ilə başa çatsa da, Avropa İnsan Hüquqları Məhkəməsi hələ də şikayət üzrə qərar qəbul etməyib.






29 Avqust, 2012  21:06 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner