Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sağlam olmaq üçün kitab oxumaq...

Alimlər hesab edirlər ki, erkən yaşlarda böyük və çətin kitabları oxumağa çalışmaq lazımdır

Oksford Universitetinin alimlərinin gəldikləri qənaətə görə, kitab oxumaq təkcə intellektual qabiliyyəti yaxşılaşdırmır, həm də psixi və fiziki sağlamlığa müsbət təsir edir. Simsar.az Rusiya KİV-inə istinadən məlumat verir ki, "İnsan oxuyarkən beynini məşq etdirir. Ciddi şəkildə kitab oxumağa aludə olmaq yalnız süjeti izləmək deyil, eyni zamanda, təxəyyülün gücləndirilmiş işidir. Əgər oxuduğumuz kitabın qəhrəmanları ilə bağlı maraqlı və ya yaxşı nəsə baş verirsə, onda həmin hal xəyalən bizdə də baş verir", - professor Con Steyn bildirir.
Kitab oxuyan adamların beyninin maqnit-rezonans analizi göstərib ki, qoxu, müxtəlif landşaftlar və ya dadlar haqqında oxuyan zaman beyində mənimsəməyə görə cavab verən sahələr insanın reallıqda bütün bunları hiss etdiyi kimi fəallaşır. Lakin bu effekt televizora baxanda və ya oyun oynayanda itir.
Alimlər hesab edirlər ki, erkən yaşlarda böyük və çətin kitabları oxumağa çalışmaq lazımdır. Bu zaman beyin səbəb-nəticə əlaqələrinin uzun zəncirini qurmağı öyrənir. Qeyd edilir ki, cəmi altı dəqiqə kitab oxumaq stressin səviyyəsini 2/3-yə qədər azalda bilər ki, bu da musiqi terapiyasından və ya sadəcə gəzintidən daha səmərəlidir.






29 Avqust, 2012  20:15 Baxılıb: 1087 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner