Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HANSINA İNANAQ?

Unun bahalaşması ilə bağlı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri fərqli səbəblər göstərirlər


Unun qiymətinin bahalaşmasının səbəbləri arasında mübahisələr səngimək bilmir. Simsar.az-ın məlumatına görə, unun bahalaşmasının səbəblərini öyrənməyə məsul olan dövlət qurumlarının açıqlamaları ziddiyyət təşkil edir.

Məsələn, İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında bildirib ki, unun qiymətinin bahalaşması dünyada ərzaq buğdasının qiymətindəki artımla bağlıdır.

Kənd Təsərüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdir müavini Hikmət Kərimov isə Simsar.az-a açıqlamasında bahalaşmanın xaricdəki qiymət artımı ilə hər hansı əlaqəsinin olmadığını deyib: «Qiymətin bahalaşması süni xarakter daşıyır. Fərdi kənd təsərrüfatı subyektləri buğdanın qiymətini qaldırıblar ki, bu da unun qiymətinə təsir göstərib».

Bu iki dövlət qurumundan hansının cavabının doğru olduğunu müəyyənləşdirmək çətin olmasa da, hökm çıxarmaq kimi niyyətimiz yoxdu. Yaxşı olardı ki, dövlət qurumları unun qiymətinin qalxmasının səbəblərini bir yerdə araşdırıb, vahid səbəb (lər) ortaya qoyardılar.

RUSLAN







29 Avqust, 2012  19:49 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner