Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gömrükdən 38 000 dollar keçirən şəxs tutuldu

Hossein külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib

Bakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda "Rapiscan-628" markalı X-RAY aparatında yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Simsar.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Hosseinin çamadanına baxış keçirən zaman çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əskinası aşkar edilib.
Halbuki adıcəkilən vətəndaş apardığı malları yazılı və ya elektron formada bəyan etməmiş, həmçinin gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirmişdi.
Faktla bağlı izahatında isə Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini bildirmişdi. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.






29 Avqust, 2012  17:05 Baxılıb: 982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner