Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gənc ailələrə şad xəbər

Güzəştlər 35 yaşadək olan gənclərə şamil olunacaq 

Azərbaycanda gənc ailələrə xüsusi güzəştlərin verilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, "Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsinin ilkin variantı hazırdır.

Gənc ailənin dövlət dəstəyinə ehtiyacı olduğunu vurğulayan Quliyev bildirib ki, layihədə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ev əldə etməsi üçün güzəştli ipoteka kreditlərinin verilməsi, güzəştli şərtlərlə torpaq sahələrinin ayrılması, iş yerləri ilə birinci növbədə təmin olunmaları, güzəştli şərtlərlə ev əşyaları alınması məsələri əksini tapıb.

Komitənin sədr müavini bildirib ki, bu güzəştlərin yaşı 35-dək olan gənclərin ailələrinə şamil olunması nəzərdə tutulur.

Quliyev bildirib ki, qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.






29 Avqust, 2012  16:13 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner