Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ: «UNUN QİYMƏTİNİ FƏRDİ SUBYEKTLƏR QALDIRIB» -AÇIQLAMA

Çörəyin bahalaşacağı isə gözlənilmir

Bir qədər əvvəl unun qiymətinin bahalaşması ilə bağlı məlumat vermişdik. Bölgələrdə 50 kiloqramlıq un kisələrinin qiyməti 16-17 manatdan 20 manata qədər, Bakıda isə 18 manatdan 20 manata qədər qalxıb. Unun qiymətinin artması çörəyin də bahalaşacağını gözlənilən edir.
Lakin Kənd Təsərüfatı Nazirliyinin Bitkiçilik Məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdir müavini Hikmət Kərimovun Simsar.az-a verdiyi açıqlamaya görə, bu ilin sonlarınadək çörəyin qimyətinin bahalaşması gözlənilmir: «Dövlət Statistika Komitəsinin bülletenlərindəki məlumatına görə, may ayından avqustun əvvəlinədək də çörəyin bahalaşması müşahidə olunmayıb».
H. Kərimov qeyd etdi ki, Azərbaycanda istehsal olunan ərzaq buğdası əhalinin tələbatını 100 faiz ödəməyə qadirdir: «Azərbaycan əhalisinin buğdaya olan tələbatı təqribən 1 milyon 650 min tondur. Yerli istehsalın səviyyəsi də 1 milyon 700 min tona qədərdir. Ölkəyə yarım milyon tonacan buğda idxal olunduğunu da nəzərə alsaq, bu 2 milyon tondan çox buğda deməkdir. Buna görə də, təbii fəlakət baş verməyəcəyi təqdirdə, qiymət artımı gözlənilmir»

Nazirlik rəsmisinin sözlərinə görə, unun qiyməti süni şəkildə, yəni fərdi subyektlər tərəfindən artırılıb. Bunun qarşısını almaq isə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət Komitəsinin üzərinə düşür: «Təkcə dövlət qurumları deyil, uşaqdan böyüyə bütün istehlakçılar suni qiymət artımı ilə mübarizə aparmalı, çörəyi alarkən onun çəkisi ilə maraqlanmalı, artım halları ilə rastlaşdıqda həmin Komitəni məlumatlandırmalıdırlar».

Qeyd edək ki, bir sıra ekspetlər isə ölkədə taxıl istehsalının səviyyəsinin qeyd olunan rəqəmlərdən qat-qat aşağı olduğunu və unun qiymətinin bahalaşmasının da məhz istehlak bazarının idxaldan asılı olması ilə izah edirlər.

Xatirə







28 Avqust, 2012  18:02 Baxılıb: 1517 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner