Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Milli Kitab Mükafatı başladı - FOTOSESSİYA

İngiliscədən ən yaxşı tərcüməyə görə, 1000 manat pul mükafatı veriləcək

Bu gün Milli Kitab Mükafatına start verildi. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid indiki gənclərin az kitab oxuduğuna diqqət çəkərək, bu sahədə tədbirlərin görülməsinin önəmindən danışıb. Millət vəkili Qənirə Paşayeva bu ləyihənin cəmiyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb. 

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bu il yeni qaydaların müəyyənləşdirildiyini qeyd edib. N.Köçərli bildirib ki, bu il qalib gələn kitab müəllifi avtomatik olaraq gələn il kitab müsabiqəsinin münsifi olacaq. Əsərlərin qəbulu bugündən başlayır və noyabrın 16-a kimi davam edəcək. Əsərlərini təqdim edənlər arasında Qaraqan, Əkrəm əylisli və başqaları var.

Müsabiqədə birinci yerin sahibinə 3000 manat, ikinci yerə  2000 manat, üçüncü yerə isə 1000 manat pul mükafatı veriləcək. Qaliblərin kitabları həm kağız, həmdə elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şerə görə 300 manat məbləğində mükafat veriləcək.

İngilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə 1000 manat mükafat veriləcək.
N.Köçərli layihə çərçivəsində 13 kitabın nəşr olunduğunu deyib: “Belə tədbirləri bölgələrdə keçirməyi də planlaşdırırırq”

Fatimə Kərimli

 






28 Avqust, 2012  17:06 Baxılıb: 1297 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner