Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Əhmədov: “Əli Kərimli özünü vahid namizəd kimi təqdim edir”

“Elçibəyin zəhərlənməsi iddiası əsasında qaldırılmış cinayət işindən Əli Kərimli artıq faydalanmağa başlayıb”

“Bakı şəhər prokurorluğu tərəfindən keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktı ilə əlaqədar cinayət işinin açılmasında qeyri-adi heç nə yoxdur. Eləcə də, bunu siyasi sifariş kimi qiymətləndirmək cəhdi cəfəngiyyatdan başqa bir şey deyil. Haqqında cinayət törədilməsi güman edilən şəxs keçmiş prezidentdir, deməli, faktın özü və onun araşdırılması böyük ictimai maraq kəsb edir. Belə çıxır ki, prokurorluq Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi barədə edilən rəsmi müraciətə baxmalı deyilmiş. Deməli, müxalifət törədilməsi güman edilən cinayətin açılmasında və ya qaldırılmış iddiaya aydınlıq qətirilməsində maraqlı deyil və prokurorluğu da cinayəti ört-basdır etməyə təhrik etməyə çalışır. Belə başa düşürəm ki, müxalifət üçün hüquq çərçivəsində fəaliyyət anlayışı mövcud deyil. Görünür, onlar hüquq müstəvisindən kənarda fəaliyyət göstərmək vərdişlərini unutmayıblar, ya da unutmaq fikrində deyillər”.

Simsar.az-ın məlumatına görə, bunu APA-ya müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədovun sözlərinə görə, keçmiş prezident Əbülfəz Elçibəyin zəhərlənmə nəticəsində həyatını dəyişməsi ilə bağlı iddialar yeni deyil: “Elə bir neçə il bundan əvvələ aid müxalifət mətbuatını götürüb vərəqləsəniz, həmin iddiaların onların özlərinə məxsus olduğuna inana bilərsiniz. Ancaq əvvəllər söhbət yalnız mətbuat səhifəsində yer alan gümanlardan gedirdisə, indi vəziyyət hüquqi araşdırma tələb edən həddə çatıb..Əgər fakt öz təsdiqini tapsa, ondan sonra zəhərlənmənin kim tərəfindən həyata keçirilməsi araşdırma obyektinə çevriləcək. Amma nədənsə Əli Kərimli artıq indidən narahat olmağa başlayıb. Mən bunu anormal hesab edirəm.
Həm də hüquq-mühafizə orqanlarına qarşı müxalifətə məxsus təzyiq sayıram. Yəqin onlar qabaqdangəlmişlik edirlər ki, gələcəkdə nələrsə təsdiq olunanda, hay-küy qaldırsınlar ki, bəs biz deyirdik ki, nəticə necə olacaq. Bunun özü də istintaqa təzyiq və ya onun nəticələrinə etimadsızlıq yaratmaqdan ibarət olan hüquqpozmasıdır. Onu da istisna etmirəm ki, bütün bunlar Əli Kərimli və onun ətrafındakıların seçki kampaniyasının bir elementidir. 2013-cü ilə çox qalmayıb. Müxalifət düşərgəsində vahid namizəd müzakirələri aparılmaqdadır. Elçibəyin zəhərlənməsi iddiası əsasında qaldırılmış cinayət işindən Əli Kərimli artıq faydalanmağa başlayıb, özünü müxalifətin lideri və vahid namizədi kimi təqdim edir. Ayrı-ayrı adamları özünün müdafiəsinə qaldırmaqla onları indidən gələcək seçki kampaniyasına cəlb etməyə çalışır. Səhv etmirəmsə, qədim Roma hüququndan qalma prinsip var: bu kimə faydalıdır. Ə. Elçibəyin zəhərlənməsi ilə əlaqədar irəli sürülən iddia və onun əsasında qaldırılan cinayət işindən siyasi divident qazanmaq istəyən yeganə şəxs, mətbuatı diqqətlə izləsəniz görərsiniz ki, yalnız Əli Kərimlidir.”






28 Avqust, 2012  16:48 Baxılıb: 967 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner