Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BU SUAL BAŞQANIN AXIRINA ÇIXA BİLƏR

Emin Millinin “2003-də niyə meydana çıxmadız” sualı İsa Qəmbər tərəfindən cavabsız buraxılıb  


Bloqqer Emin Milli xarici mətbuata müsahibəsində Azərbaycan müxalifətini tənqid edib. Müxalifəti səhvləri etiraf etməməkdə günahlandıran Emin Milli müsahibəsinin bu hissəsini «Bizim niyə zəif müxalifətimiz var?» sərlövhəsi ilə öz bloquna da yerləşdirib.

«Mən müsahibəmdə suallar qoymuşdum. Birinci məsələ müxalifətin lider problemi ilə bağlı idi. Sonra müxalifət liderlərinin xalqın qarşısında hesabat vermələri, xüsusilə də Müsavat başqanı İsa Qəmbərin 2003-cü ildə prezident seçkisindən sonra meydana çıxanlara qoşulmamağı ilə bağlı idi. Əslində belə reaksiyaları gözləmirdim. Hətta İlham Əliyevi tənqid edəndə, bu qədər hücuma məruz qalmamışdım. Məni təhqir edənlər oldu, hətta ələ saldılar. Mövzuya aid olmayan müzakirələr baş aldı» deyə, bloqqer müsahibəsi haqqında danışıb.


KRİTİK MƏQAMLARDA LİDERİN MEYDANDA OLMAMASI CİDDİ EYİBDİR


Emin Milli deyir ki, onun sualı İsa Qəmbərə idi və təəssüflənir ki, uzun-uzadı müzakirələr getsə də, Müsavat başqanı ona cavab verməyib. Deyir ki, başqa müsavatçılar, o cümlədən Hikmət Hacızadə ona cavab yazıb. Deyib ki, İsa Qəmbərin 16 oktyabr hadisələrində meydana çıxmamağına səbəb onun təhlükəsizliyi ilə bağlı qərarı olub:

«Amma bu cavab məni qane etmir. Mən sualı İsa Qəmbərə vermişəm, o, hələ cavab verməyib. Hesab edirəm ki, onun mənəvi borcudur ki, cavab versin».

Müsavat başqanı İsa Qəmbər bizimlə söhbətdə bildirdi ki, o, bu suallara cavab vermək istəmir, çünki avqustun 28-də AzadlıqRadiosunun «İşdən sonra» proqramının canlı yayımında bütün sualları cavablandıracaq.

Simsar.az-ın qeydi. E.Milli “2003-də niyə meydana çıxmadız?” sualını İ.Qəmbərə təsadüfən ünvanlamayıb. Buna əsas siyasi analitiklərin 2003-cü il prezident seçkiləri ərəfəsində Qərb ölkələri səfirləri tərəfindən İ.Qəmbərə “xalqı meydanlara çıxarmayın” kimi təzyiqlər olmasına dair fikirləridir. Seçkilərdən az sonra Bakı-Tiflis-Ceyhan neft kəməri çəkilib. Bu o deməkdir ki, Qərb ölkələri İlham Əliyevin prezident seçilməsinə dəstək verib və İ.Qəmbəri hakimiyyət uğrunda mübarizə fikrindən daşındırıblar. E.Milli bunu təhlükəli hal hesab edir. Düşünür ki, İ.Qəmbər suala cavab verməsə başqanlıqdan getməli və namizədliyini irəli sürməməlidir. “Kritik məqamlarda liderin meydanda olmaması ciddi eyibdir” deyə, E.Milli bildirib.

İ.Qəmbər daha əvvəllər “2003-cü il 16 oktyabrda meydana niyə çıxmadız” sualına ümumi cavab verib: “Zaman göstərəcək ki, mənin bu qərarım düzgün olub”.



Ortada belə cavab olduğu halda bəzi Müsavat fuksonerləri məlum suala cavab olaraq “İsa Qəmbərin evi polsilər tərəfindən mühasirəyə alınmışdı”, “meydanda İsa Qəmbərə qarşı təxribat ola bilərdi”, “təhlükəsizlik məsələsinə görə” kimi fikirlər səsləndiriblər.


RUSLAN






28 Avqust, 2012  15:54 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner