Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu

Bu mövzuda beynəlxalq seminar keçirilir

Bu gün Türksoy, İSESKO və KİVDF-nin təşkilatçılığı ilə mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu mövzusunda beynəlxalq seminar keçirilib. Simsar.az-ın müxbirinin məlumatına görə, tədbirdə türkdilli ölkələrin Bakıdakı səfirləri, Türksoyun Azərbaycan təmsilçisi, Türksoyun baş katibin müavini və başqaları iştirak edib.
Semianarda Türksoyun Azərbaycan təmsilçisi Elçin Qafarlı, KİVDF-nin rəhbəri Vüqar Səfərli çıxış edib. V.Səfərli çıxışında mədəniyyətlərarası dialoqun qurulmasından jurnalistlərin əməyindən danışıb. Daha sonra isə millət vəkili Qənirə Paşayeva öz fikirlərini bölüşüb. O vurğulayıb ki, bu tədbirin iki beynəlxalq təşkilat tərəfindən keçirilməsi çox önəmli hadisədir: “ Avropada mədəniyyətlərarası dialoq istiqamətində fəaliyyət mənfi istiqamətdə gedir. İslama qarşı qüvvələrin sayı artır. Buna görə də medianın öhdəsinə çox iş düşür. Media bu sahəni həm inkişaf etdirə, həm də mənfi istiqamətə apara bilər. Məsələn, hansısa terrorçunu təqdim edəndə onun milliyətini və dinini vurğulamaq lazım deyil. Çünki, terrorçunun onun dini ilə əlaqəsi yoxdur. Bu barədə cəmiyyəti bilgiləndirmək jurnalistlərin işidir”. 
Seminar iştirakçılarının çıxışlarından sonra “Qərbə doğru axan çay” sənədli filminin qısa təqdimatı keçirləcək.

Arifə Mikayılova






28 Avqust, 2012  15:43 Baxılıb: 1082 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner