Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Arxeoloji düşərgə 3” layihəsi yekunlaşıb

Layihənin növbəti mərhələsi Ağsu rayonunda olacaq

“İRƏLİ” İctimai Birliyi Tarix Mərkəzinin Gəncə şəhərində həyata keçirdiyi “Arxeoloji düşərgə-3” layihəsi yekunlaşıb. Simsar.az-ın məlumatına görə, layihəyə qatılan 20 gənc qədim Gəncə adlandırılan ərazidə (İmamzadə Məscidi yaxınlığında) tarix elmləri doktoru, professor, arxeoloq Arif Məmmədovun rəhbərliyi altında arxeoloji qazıntılarda iştirak ediblər.
Gənclər arxeoloji qazıntılarda iştirak etməklə yanaşı, eyni zamanda aşkar olunmuş tapıntıların inventarlaşdırılması işi ilə məşğul olublar.
İştirakçılar Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Nizami Gəncəvi adına Gəncə şəhər Tarix Diyarşünaslıq Muzeyi, Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Muzeyi, Aqrar Elm və Təhsil Muzeyində olmaqla Gəncə şəhərinin tarixi abidələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, “İRƏLİ” Tarix Mərkəzinin “Arxeoloji düşərgə 3” layihəsinin növbəti mərhələsi avqust ayının 26-dan başlayaraq sentyabr ayının 6-na kimi 20 nəfər gəncin iştirakı ilə Ağsu rayonunda baş tutacaq.

Fatimə






28 Avqust, 2012  14:46 Baxılıb: 879 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner