.
"IBM" korporasiyası 1.3 milyard dollara "Kenexa" şirkətini satın almağı planlaşdıraraq şirkətlərdə heyəti idarə etmək, həmçinin yeni işçilərin qəbulu siyasətinin aparılması üçün nəzərdə tutulmuş sosialyönümlü proqram məhsulları dəstini artırıb.
Simsar.az xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, saziş 2012-ci ilin dördüncü rübündə bağlanacaq.