Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Türkiyəli nazirdən Fransaya sərt cavab

Egemen Bağış: “Fransa qondarma erməni soyqırımını dərsliklərə daxil etməkdənsə, Qarabağ münaqişəsinə son qoyulmasına çalışmalıdır”

“Fransa hökuməti dərsliklərə boş-boş iddiaları daxil etməkdənsə, öz tarixlərindəki “liberte” (müstəqillik), “egalite” (bərabərlik), “fraternite”yi (qardaşlıq) anlayışlarını yenidən dəyərləndirməli, həmsədri olduğu ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasına çalışmalıdır”. Bunu Türkiyənin Avropa İttifaqı ilə danışıqları üzrə baş müzakirəçisi, nazir Egemen Bağış Fransa hökumətinin “erməni soyqırımı”nın dərsliklərə daxil edilməsi ilə bağlı deyib.

E.Bağış təəssüflə vurğulayıb ki, qondarma erməni iddiaları ilə əlaqədar bəzi ölkələrdə naşı siyasət örnəkləri var: “Fransada bundan əvvəl bəsirətsiz siyasət yürütdüyü üçün balıq tutmağa göndərilən siyasətçinin yerinə gələnlər də lazımi nəticə çıxarmayıblar. Onlar nifrət və kin aşılama siyasətini davam etdirirlər”.

Nazir bildirib ki, Türkiyə ümidvardır ki, bu şəxslər tez bir zamanda siyasi kursu dəyişərlər: “Türkiyə heç zaman soyqırımı törətməyən, Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh” siyasətini rəhbər tutan bir ölkədir”.






28 Avqust, 2012  03:40 Baxılıb: 819 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner