Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

320 kq ərzaq məhv edilib

.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yararsız ərzaq malları ilə bağlı yoxlamalarını davam etdirir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Qaradağ rayonunda Lökbatan qəsəbəsində “Orxan market”də və Elnur Müseyibova məxsus mağazada, Nizami rayonunda Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 11 ünvanında Maya Sadıqovaya məxsus mağazada saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Qaradağ rayonunda Lökbatan qəsəbəsində Tamella Əliyevaya məxsus mağazada və “Halal market”də, Nizami rayonunda A.Manafov küçəsində Telman Bəkirova məxsus mağazada, Xətai rayonunda Gəncə prospekti, ev 105 ünvanındakı “Riad market”də saxlama müddəti ötmüş malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanıb.

Abşeron rayonunda Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində Tehran Cəfərova məxsus mağazada, Sumqayıt şəhərində Novxanı yolu, Sahil zolağında Şəmil Əhmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı müəyyən edilib.

Göyçay rayonunda Qaraməryəm kəndində Elçin Xanbutova məxsus mağazada, Qusar rayonunda Həzrə kəndində Gülzar Babaxanovaya məxsus mağazada, Mingəçevir şəhərində H.Əliyev prospektində yerləşən “Qarabağ market”də saxlama müddəti ötmüş malların satıldığı müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 320 kq-a yaxın ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.







28 Avqust, 2012  00:15 Baxılıb: 1052 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner