Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gürcü müxalifəti də “Davay, do svidaniya” oxudu - VİDEO

Gürcüstan prezidenti Mixail Saakaşviliyə musiqili kompozisiya həsr olunub

Bu, son zamanlar Rusiyada populyar olan “Davay, do svidaniya” mahnısının gürcü versiyasıdır. Simsar.az xəbər verir ki, video “YouTube” saytında avqustun 26-a “TheUshangi” adlı istifadəçi tərəfindən yerləşdirilib. Servisdə o, “Şalva Ramişvili Kanalı”nı aparır – Ramişvili “Maestro” müxalifət telekanalının jurnalisti, “202″ müstəqil teleşirkətinin təsisçisidir, o, fırıldaçqılıq ittihamı ilə 4 il həbsxanada yatıb. Amma videonun (və eləcə də “YouTube” kanalının) müəllifinin Ramişvili olub-olmadığı bəlli deyil. Videoda bir qrup kişi masa arxasında oturub, televizora baxır. Ekranda gürcü liderinin fotoları və onun çıxışlarından parçalar göstərilir. Təsvirlərə üz tutaraq, toplananlar növbə ilə gürcücə bir bənd oxuyurlar, amma təkrar ruscadır – “Mişa, davay, do svideniya”. Videodakı mahnı məşhur Azərbaycan meyxanasını xatırladır.
“Vzqlyad” şəbəkə nəşrinin məlumatına görə, mətndə Saakaşvilini camaatı “Rusiya ilə qorxutmamağa”, (vəzifədən) “getməyə” və s. çağırırlar. Bəndlərdən birində deyilir: “Mişa, sən buludlarda uçursan, insanları dəyənək gücünə dağıdırsan, rədd ol! Sən xalqı “Mişa” deyə çağırmağa vadar edirsən, cəfəng sözlər danışırsan, səni stulunla birgə aşıracağıq! Bəsdir bizə qəbir qazdın, biz sənin əlindən bezmişik”.
Hələlik, gürcü rəhbərliyi roliklə bağlı heç bir reaksiya verməyib.

 






27 Avqust, 2012  21:24 Baxılıb: 890 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner