Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Arktikanın buzları əriyir

Rusiya Meteorologiya Xidməti başçısı Aleksandr Frolova: "Qlobal istiləşmənin qarşısı alınmasa, qarşıdakı 30-40 il ərzində buzlaq qalmayacaq"

Yaponiyanın JAXA agentliyi 1979-cu ildən bu yana şimal qütb bölgəsinin peykdən müşahidə olunduğunu, rekord ərimə ilə buzlaqların 4,21 milyon kvadrat kilometrə düşdüyünü açıqlayıb.Bildirilir ki, bu müddətdə aparılan ölçmlərdə ən çox ərimə 2007-ci ildə olub və buzlaqların örtdüyü sahə 4,25 milyon kvadrat kilometrə düşüb.

Bu barədə açıqlama verən Sankt Peterburq Arktika və Antarktika Araşdırma Mərkəzi mütəxəssisi Aleksandr Danilov həddindən artıq isti bir yay mövsümünün olduğunu, buzlaqlarda ərimənin sentyabrın ortasına qədər davam edə biləcəyini deyib.

Danilov, "buzlaqların sıxlığı da zəifləyib. Çox deyil, ancaq kifayət qədər incədir. Bəzi bölgələrdə buzun qalınlığı 10-15 santimetrə qədər düşür", - söyləyib.

ABŞ Milli Qar və Buz Məlumat Mərkəzinə (NSIDC) görə, avqustun əvvəlindən bu yana gündəlik ərimə iyul ayına nisbətən iki qat artıb. Güclü küləklərin təsiri ilə parçalanan buzlar da ərimə müddətini sürətləndirir. Buzların konsentrasiyasında azalma da mənfi faktor kimi qiymətləndirilir.

Danilov da NSIDC-in atmosfer hadisələrinin artmasının qütb bölgəsində güclü küləklərin yaranması və ərimə müddətini sürətləndirməsi fikrini təsdiq edib. Rus mütəxəssisə görə, küləklərlə parçalanan buzlar elə küləklərlə də Atlantik okeana doğru üzür.

Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu keçirdiyi mətbuat konfransların birində söyləmişdi ki, qlobal istiləşmənin qarşısı aılnmasa, ən azı 800 milyon insan sular altında qalacaq.

Rusiya Meteorologiya Xidməti başçısı Aleksandr Frolova görə isə, qlobal istiləşmənin qarşısı alınmasa qarşıdakı 30-40 il ərzində buzlaq qalmayacaq.






27 Avqust, 2012  18:46 Baxılıb: 948 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner