Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TOFİQ TAĞIZADƏNİN ÖLÜMÜNDƏN 14 İL KEÇDİ

Ənvər Həsənov: «Heç bir rejissorda onun iş üslubuna rast gəlməmişəm»

Azərbaycanın xalq artisti, kinorejissor, ssenari müəlifi, aktyor Tofiq Ta
ğızadənin vəfatından 14 il keçir.

O, 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb.
Ömrünün 40 ilə yaxın bir dövrünü kinoda keçirən Tofiq Tağızadənin filmlərinin Azərbaycan kinoları arasında məxsusi yeri var. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti öz əksini tapıb. İlk filmi "Görüş" oldu."Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm", "Bağ mövsümü", "O dünyadan salam" filmləri sevilən kinolar arasındadır. Ömrünün son illərində xüsusi studiya yaradıb, lakin amansız ölüm onu bu studiyada işləməsinə imkan vermədı.
Aktyor və rejissor Ənvər Həsənov Simsar.az-a Tofiq Tağızadə haqqında xatirələrini bölüşdü. Aktyor onun kimi rejissorla işləməsində böyük qürur duyduğunu dedi: «Yeddi oğul istərəm»-da çəkildiyim vaxtlar həyatımın ən gözəl xatirələri kimi yadaşıma yazılıb. Onunla eləcə də «Dədə Qorqud» filmində birgə işləmişik. Mən həmin filmdə rejissor assisenti idim. Çox gözəl insan idi. Dostluqda sədaqətli, möhkəm idi».
Tofiq Tağızadənin aktoyorlarla iş üslubuna toxunan Ənvər Həsənov dedi ki, indiyə qədər 50-dən artıq filmdə çəkilsə də, onun qədər aktyora spesifik münasibət göstərən rejissora rast gəlməyib: «Yeddi oğul istərəm»-in çəklişləri zaman hansası kadr çəkilməzdən əvvəl ssenarini oxuyurdu və bizə - yeddi aktyora tapşırırdı ki, səhəri gün hərə öz varinatını təqdim eləsin. Biz öz varinatımızı işləyib hazırlayırdıq və səhəri gün həmin səkkiz variant müzakirə edilər və ən yaxşısı çəkilərdi. Mən heç bir rejissorda bu cür iş üslubuna rast gəlməmişəm. Tofiq Tağızadə rəhmətə getsə də, onun filmləri Azərbaycan tamaşıçılarının ən sevimli filmləridir. İnanıram ki, bu filmlər həmişə baxılacaq. Allah rəhmət eləsin».

Xatirə







27 Avqust, 2012  17:51 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner