Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

750 əlil vətəndaş istirahət zonalarına göndərilib

Onlar Xaçmaz, Lənkəran və İsmayıllı rayonlarında yerləşən istirahət zonalarına göndərilib

Cari yay mövsümündə 750 nəfərədək əlil vətəndaş istirahət zonalarına göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, əlillərin asudə vaxtının səmərəli təşkili məqsədilə onların Xaçmaz, Lənkəran və İsmayıllı rayonlarında yerləşən istirahət zonalarına göndərilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətindən bildiriblər ki, cari yay mövsümündə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 750 nəfərədək əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi artıq təmin olunub. İstirahətə göndərilənlər arasında Azərbaycan Respublikasının ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərə üstünlük verilir.
İki həftə davam edən istirahət günləri xüsusi mədəni-kütləvi proqram əsasında təşkil olunur və bu proqram çərçivəsində stolüstü oyun yarışlarının keçirilməsi, idman alətləri ilə məşqlər (trenajorlar), gəzinti turlarının təşkili və tarixi yerlərlə tanışlıq, tibbi və fizoterapevtik prosedurlar həyata keçirilir. İl ərzində ümumilikdə 1050 nəfərdən artıq əlilliyi olan şəxsin qeyd olunan istirahət zonalarına göndərilməsi nəzərdə tutulur.
Qeyd olunan tədbir "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən həyata keçirilir.
Proqrama uyğun olaraq, 28 günlük müddətdə bərpa müalicəsi almaq üçün 55 nəfər əlil vətəndaşın Ukraynaya, 30 nəfər əlil vətəndaşın isə Bolqarıstana göndərilməsi təmin edilib.






27 Avqust, 2012  17:02 Baxılıb: 860 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner