Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

SURİYADA DEMOKRATİYANI QATI DİNDARLAR, TERRORÇULAR QURACAQ?

Əsirlikdən azad olunan türkiyəli müxbir Adem Özköse maraqlı məqamlara toxunub

Suriyada Əsədin tərəfdarları tərəfindən qaçırılan və 2 ay məhbəsdə saxlanılan türkiyəli müxbir Adem Özköse «Hürriyet» qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.

«Suriyada əsir saxlanıldığım 15 gündə hər namazımı son namazım kimi qıldım. Hər dəfə mənə «səni öldürəcəyik» deyə, psixoloji təsirlər göstərirdilər. Kamerada 11 kilo itirdim. Bir nəfərlik kamerada 6 nəfər saxlanılırdı. Həftədə 35 saat cəza verirdilər. Cəza verməzdən öncə mənə üç stəkan çay içirtmişdilər. Təəccübləndim. Sonra gördüm ki, bu cəzaqabağı könlümü almaq taktikası idi. «Döndükdən sonra buradan danışmayacaqsın» deyə mənə xəbərdarlıq edirdilər. Jurnalist kimi bu mümkün deyildi. Hətta onu da deyirdilər ki, Əsəd devrilsə belə səni Suriyaya buraxmayacağıq».

Adem Özköse Suriyada Əsədə qarşı vuruşanlar barədə daha maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, hazırda Hələb şəhərində 50-dən çox türk diktatora qarşı vuruşur. 4 Türkiyə vətəndaşı öldürülüb. Mücahidlər Əsədlə vuruşmaq üçün Nisa Surəsinin 75-ci ayəsini əldə əsas tutublar"(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!" - deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" - deyə ayədə bildirilir.
Hazırda Suriyada türklərlə bərabər, Çeçenistandan, İordaniyadan, Liviya və Sudandan da mücahidlər müxalifət tərəfindən vuruşmaqdadır.

Əsədə qarşı vuruşan müxtəlif millətlərdən olan müsəlmanların əksəriyyəti ali təhsillidir və maliyyə problemləri yoxdur. Mücahidlər bir-birilərini daha əvvəldən Rusiya-Əfqanıstan müharibəsindən tanıyırlar. Keçmiş döyüşçülər indii daha peşəkarcasına vuruşurlar. Ölümün üzərinə gözüaçıq gedən mücahidləri yalnız bir məsələ düşündürür. Allah yolunda görəvlərini uğurla həyata keçirib, Suriya müsəlmanlarını zalım padşahdan xilas etmək.

Ayrı-ayrı ölkələrdəki mücahidləri Suriyaya gətirən həm də İnternetdə şəhid olanlarla vaxtilə dostluqlarıdır. Ruslarla müharibədə çiyin-çiyinə vuruşmuş mücahidlər İnternetdə həmkarlarının ölü şəkillərini görüncə öz aralarında danışıb Suriyaya getmək qərarını veriblər. Ailələrini, var-dövlətlərini buraxıb Hələbə gələn mücahidlərin yerli sakinlər arasında hörməti böyükdür.

Hələbdəki türklər bildirirlər ki, Çanakkala uğrunda vuruşda suriyalılar, liviyalılar və digər müsəlmanlar Türkiyənin yanında olduqları kimi, bu gün də türklər həmin xalqların yanında olmalıdılar.

Türklər daha çox Azad Şamlılar Qrupunda təmsil olunurlar. Əl-Qaidə isə yeni üzvlər qəbul etməkdə çox mühafizəkardır. Hər gələni qrupa üzv qəbul etmirlər. Əl-Qaidənin Suriyadakı komandiri silahlılara tapşırıb ki, mülki şəxslərlə münasibətdə ehtiyatlı olsunlar, əhalinin yaşadıqları ərazilərdə müharibə aparmasınlar və s.

Türkiyənin operatoru Cüneyt Ünal və Bəşər Fehmi Kadumi Əsəd qoşunları tərəfindən qaçırılıb. Azad Suriya Ordusu isə Əsədin ordusunda vuruşan iranlıları əsir götürüb. Hazırda tərəflər arasında əsirlərin dəyişdirilməsilə bağlı danışıqlar aparılır.

Suriyada vuruşan Türkiyə vətəndaşları «Əl Qaidə»yə yaxın şəxslərdi. Onlar ayrı-ayrı vaxtlarda Türkiyənin və o cümlədən Avropanın bir sıra ölkələrində terror aktları törədiblər.

RUSLAN










25 Avqust, 2012  16:25 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner