Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UNUN QİYMƏTİ BAHALAŞDI

Vahid Məhərrəmov: «Azərbaycanın idxal məhsullarından asılı olduğundan qiymətin daha da artacağı gözləniləndir»

Son günlər unun qiyməti bahalaşıb. Bir qədər əvvəl rayonlarda 50 kq-lıq un kisəsi 16-17 manata olduğu halda indi 20 manata qədər bahalaşıb. Qiymət artımı Bakıda da hiss olunur. Paytaxtda bir kisə un 18 manata idisə, indi bunu 20 manatdan aşağı almaq mümkün deyil. Unla yanaşı heyvandarlıqda istifadə olunan taxıl məhsullarının qiymətində də artım hiss olunur. Kəpəyin qiyməti 1 manat 50 qəpikdən 3 manata qədər qalxıb.
Bu hökumət məmurlarının demək olar ki, hər il verdiyi vədlərin yerinə yetmədiyinin göstəricisidir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətliləri, eləcə də digər dövlət məmurları mövsümqabağı taxıl istehsalının bol olacağını və ölkəmizin ehtiyacını ödəyəcəyini bəyan edirlər. Unun qiymətinin artması isə bunun əksini göstərir.

Bu uyğunsuzluq və qiymət artımının səbəbləri ilə bağlı İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sektor üzrə eksperti Vahid Məhərrəmova müraciət etdik.
O, Simsar.az-a açıqlamasında bildirdi ki, əslində biçin mövsümü olduğuna görə, unun qiyməti ucuzlaşmalı idi: «Biçin başlayıb, biz taxılımızı dəyirmanlara çıxarıb, təklif etməliydik. Təklifin çoxalması isə əslində qiymətin aşağı düşməsi ilə nəticələnməli idi. Amma təəssüf ki, əksinə mövsümdə unun qiyməti artdı. Bu isə o deməkdir ki, bizdə istehsalın səviyyəsi qənaətbəxş deyil».

V.Məhərrəmov qeyd etdi ki, hökumətin açıqladığı rəqəmlərə görə, bu il 1milyon 700 min ton buğda istehsal olunub. 800 min ton buğda idxal edildiyini də nəzərə aldıqda bu 2 milyon 500 min ton buğda edir. Maksimum hesablamalara görə isə Azərbaycanın 1 milyon 300 min ton buğaya ehtiyacı var: «Dövlətin verdiyi açıqlamalar doğru olsaydı, taxıl istehsalının həcmi nəinki öz ehtiyacımızı ödəyərdi, hətta bix ixracatçıya da çevrilərdik».

Ekspertin sözlərinə görə, digər tərəfdən ölkəmizdə istehsal olunan taxılın konditsiyaya yararlı olmadığı üzə çıxır. Bu zaman un dəyirmanları xarici şirkətlərin məhsullarına üz tutası olur.
Mütəxəssisin sözlərinə görə, taxıl istehsalının aşağı səviyyədə olmasının səbəblərindən biri də Azərbaycanda fermerlərin pirimitiv üsullardan istifadə etməsidir. Şumlama zamanı torpağın dekradasiyaya uğraması bitkinin normal qidalanmasının qarşısını alır. İstifadə olunan toxum standartlara cavab vermir. V.Məhərrəmov bir mühüm məqamı da qeyd etdi ki, Azərbaycandakı əkin ərazilərinə il ərzində 960 min ton mineral gübrə verilməlidir. Verilən gübrənin miqdarı isə cəmi 11-40 min ton arası olur. 
Bu il dünya bazarında da qıtlıq yarandığını deyən ekspert qeyd etdi ki, əsas ixracatçılardan olan Rusiyada da 15-20 milyon ton azalma müşahidə olunub ki, bu da o deməkdir ki, bu il bu ölkə yalnız öz ehtiyaclarını ödəyəcək və taxıl ixrac etməyəcək. Qazaxıstan, ABŞ-da da təxminən bu cür vəziyyətin yarandığını deyə V. Məhərrəmova görə, bu ölkələrdə taxıl istehsalının aşağı düşməsi quraqlığın baş verməsi ilə bağlıdır.
Azərbaycan isə idxal məhsullarından asılı vəziyyətdə olduğu üçün gələcəkdə unun qiymətinin daha da artacağı gözləniləndir.

Xatirə Nəsirli






18 Avqust, 2012  16:31 Baxılıb: 1790 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner