Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin sabahından danışdı

General bildirib ki, bu gün sərhədlərin qorunması üçün müasir avadanlıqlar tətbiq edilir, sabah isə ən müasir avadanlıqlar tətbiq ediləcək.

Bu il ərzində sərhəd pozuntularının çoxu cənub bölgəsində baş verib. Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev deyib.

General bildirib ki, bu gün sərhədlərin qorunması üçün müasir avadanlıqlar tətbiq edilir, sabah isə ən müasir avadanlıqlar tətbiq ediləcək.

"Bu da sərhəd təhlükəsizliyimizə cavab verir", - DSX rəisi deyib.

Onun sözlərinə görə, dövlət sərhəd xidməti quruculuğu işləri sürətlə davam etməkdədir.

"Həddən artıq çox yeni sərhəd zastavaları, sərhəd komendatları, yeni hərbi hissələr, bazalar yaradılmaqdadır. İlin sonuna qədər böyük əksəriyyətində, yəni 80-90 faizində işlər tam yekunlaşacaq. Ümid edirəm ki, sentyabr-okyabr aylarında bu hərbi hissələrin açılışları olacaq", - DSX rəisi bildirib.

Quliyev vurğulayıb ki, bu gün DSX növbəti dinamik inkişaf dövrünü yaşayır.

"Cənab Prezident tərəfindən zamanında görülmüş tədbirlər nəticəsində bu gün Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası, silah imkanları, yeni avadanlıqların sərhəd mühafizəsində tətbiqi, həm quru, həm də dəniz sərhədlərində müsbət nəticələrini verməkdədir", - o əlavə edib.







18 Avqust, 2012  15:58 Baxılıb: 2351 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner