Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“BU GÜN İNSAN ÖZ NƏFSİ ÜZƏRİNDƏKİ QƏLƏBƏSİNİ BAYRAM EDİR”

.

Hacı Şahin: “Mütəxəssislər bəzi ölkələrdə bayramın bir az tez və yaxud bir az gec keçirilməsini elmi nöqteyi-bəzərdən təbii hesab edirlər”
Ramazan ayında çoxlarını maraqlandıran suallar, bilmək istədikləri məqamlar var. Bunlardan Fitr bayramı, bu bayramın fərqli şəkildə keçirilməsi, fitrənin necə verilməsi barədə insanları düşündürən suallar var. Simsar.az Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahindən bu sualların cavabını alıb.

- Ramazan ayında ən böyük problem orucu tutmaqda və Oruc bayramının qeyd olunmasında fərqli tarixlərin olmasıdır. Buna görə həmişə problemlər yaşanır bu nə ilə əlaqədardır?

- Məzhəblər arasında fərqli yanaşmalar var. Bəziləri Ayın mövqeyinə, bəziləri isə onun görünməsinə görə oruc tuturlar. Bəzi illər var ki, ay müəyyən mövqedə olur amma görünmür. Ayın görünüb-görünməməsi isə elmi ixtilaf, fikir ayrılığıdır. Bu, təkcə məzhəblə bağlı deyil, müxtəlif alimlərin fərqli yanaşmaları var. Elə alimlər var ki, Ayın mövqeyinə görə, yəni Ayın hansı mövqede dayanıb-dayanmamasına əsasən Ramazan və digər ayların girməsi hökmünü verirlər. Onların elmi qənaətinə görə Ay filan mövqedədirsə, deməli tutaq ki, Ramazan ayı daxil olub. Amma digər alimlər deyir ki, Ayın görünməyi də şərtdir. Çünki bəzən elə məqam olur ki, Ayın Günəşə və Yerə nisbətən mövqeyini görmək olmur.

- Bəs bu iki fikir arasında qalan insanlar hansı alimlərin sözlərinə inansınlar?

- Qafqaz Müsəlmanları İdarəsi Cəfəri fikrinə əsasən Ramazan ayının girməsini Ayın çıxmasına görə hökm verir. Çünki ölkədə əhalinin əksəriyyəti Cəfəri məzhəbinə mənsubdur. Bu məzhəbin hökmlərinə əsasən Ayın görünməsi şərtdir. Buna görə da Azərbaycanda rəsmi olaraq ayın başlanğıcı və sonu ilə bağlı fətvanı verən Qafqaz Müsəlmanları İdarəsi məhz bu hökmə əsaslanır. Ancaq fərqli məzhəblərin fərqli mənbələrə istinadı ola bilər. Onların da bu mənbələrə istinadında problem yoxdur. Hər bir insan öz baxışlarına, görüşlərinə uyğun oruc tuta bilər. Mən bunları ixtilaf halına qaldırmağın tərəfdarı deyiləm. Yəni burda müəyyən fikir ayrılıqları ola bilər.

- Bəs bayram günləri oruc tutmaq haram deyil? Ötən illərdə bizdə Qafqaz Müsəlmanları İdarəsi bayramın sabah olacağını demişdisə, Ərəbistanın Mədinə şəhərindəki dostum həmin günü orda bayram etdiklərini söylədi.

- Əsas odur ki, istinad olsun. İnsan bir mənbəyə istinad edib oruc tutursa və ya bayramını edirsə, onda bu hərəkətlərə görə onun bayram edib-etməməsi haram sayılmaz. Bəzi hallarda Səudiyyə Ərəbistanda ay görünə bilər, Azərbaycanda isə görünməyə bilər. Buna görə mütəxəssislər bəzi ölkələrdə bayramın bir az tez, bir az gec keçirilməsini elmi nöqteyi-bəzərdən təbii hesab edirlər. Ona görə də, biz özümüzün öz mövqeyimizə uyğun hökmlərini gözləməliyik və bu hökm əsasında Oruc tutub, bayram etməliyik.

- Hacı, sonda Fitir bayramı fitrələrin verilməsi haqqda nə deyə bilərsiz? Fitrə kimə verilməlidir və kim üçün ayrılmalıdır? Ailə üzvləri, ev, maşın üçün də fitrə verilməlidirmi?

- Fitr bayramı Ramazan ayının sonunda olur. Sanki insan öz nəfsi üzərindəki qələbəsini bayram edir. Bayram namazının birlikdə qılınması, ölülərin qəbrinin ziyarəti də bu bayramda bəyənilən əməllərdəndir. Fitrə isə ailə başcısı tərəfindən həqiqətən ehtiyacı olan şəxslərə - hər bir ailə üzvü üçün 3 kq düyü, buğda dəyərində verilməlidir. Əgər imkan olarsa evində qalan qonaq üçün və ya həmin gün evinə gələn qonaq üçün də fitrə vermək olar. Həmçinin imkan daxilində fitrə bayramı günündən 1-2 gün əvvəl verilməlidir ki, bu fitrə ilə kasıb və ehtiyacı olanlar da bayram süfrəsi aça bilsin. Ev, maşın və digər əşyalar üçün fitrə verilməsi vacib buyrulmur.

- Nəyə görə insanlar Ramazanda bağışlanacağına daha çox inanır?

- Ramazan ayı yeganə aydir ki, “Qurani-Kərim”də də adı çəkilir. Ramazan ayına üstünlük verən, onu digər aylardan üstün tutan yalnız oruc deyil. Ramazan ayında “Qurani-Kərim” da nazil olub, əsas üstünlük bundadır.

- Onda ortaya belə bir sual çıxır, mən ac qalıram deyə bağışlanıram?

- Oruc yalnız “Quran”ın bir hökmüdür. Oruc əslində “Quran”a, onun nazil olmasına qarşı ehtiram və hörmətin əlamətidir. İnsan bu ayda maddi səs-küydən uzaqlaşır, qəlbində bir rahatlıq yaranır. İnsan əsas zərurət sayılan yeməkdən uzaqlaşırsa, çalışır ki, pis əməllərdən də uzaq olsun. Peyğəmbərimiz buyurub ki: bu ayda bağışlanmayan insan ən bədbəxt insandır. Həmçinin Peyğəmbər sual verir ki: bu ayda da bağışlanmayan nə vaxt bağışlanacaq? Yəni bağışlanmaq üçün ən münasib ay bu aydır. Bağışlanmaq üçün isə Allaha sığınmaq, günahlarını anlayıb onlardan peşman olmaq, gələcəkdə də bu səhvi etməməyə söz vermək lazımdır. Buna görə də bəli, Ramazan ayı bağışlanma ayıdır.

- Hacı, biz də sizin qarşıdan gələn Ramazan bayramınızı təbrik edirik, Allah Orucunuzu qəbul eləsin.

- Mən də öz növbəmdə sizin və çoxsaylı oxucularınızın Ramazan bayramlarını təbrik edirəm.

Simsar.az







18 Avqust, 2012  15:44 Baxılıb: 1220 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner