Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

SİYASİLƏR İSTİRAHƏT ÜÇÜN NİYƏ XARİCƏ ÜZ TUTURLAR?

Nömrələri kimi, özləri də şəbəkə xidməti xaricində olurlar.  

Azərbaycanda istənilən siyasətçinin ölkənin inkişaf strategiyası ilə bağlı özəl düşüncəi var. Hər halda müsahibələrindən, açıqlamalarından belə görünür. Məsələn, milli turizmin inkişafı ilə bağlı suallar verəndə bər-bəzəkli cümlələrlə, fantastik plan və proqramlarla adamı heyran qoyurlar. Amma…

…Amma hər yay gələndə məlum olur ki, siyasətçilərimiz milli turizmin ikişafı barədə geninə-boluna danışsalar da, özləri istirahət üçün xaricə gedirlər. Əsla, siyasilərin xaricdə istirahət hüquqlarına kölgə salmaq fikrində deyilik. Hər bir vətəndaş kimi onların da Havay adalarında, Mayami, Kipr, Buket, Quşadası, Palma adalarında, Kislovodsk, Yessentuki, Soçi, Antaliya və bu kimi başqa istirahət zonalarında və ya ölkələrində günəşlənmək ixtiyarları var.

Müşaşihədələr onu da göstərir ki, yayın əvvəlində siyasilər «istirahəti ölkədə keçirəcəm» desələr də, iyul-avqust aylarında onları axtaranda tapmaq mümkün olmur. Nömrələri kimi, özləri də şəbəkə xidməti xaricində olurlar.

Öncə bildirək ki, digər partiya liderlərindən, ACP lideri Rəsul Quliyev istisna olmaqla, yalnız Müsavat Partiyasının başqanı İsa Qəmbər bu yay istirahətini Kislovodsk da daxil olmaqla, Şimali Qafqazın bir neçə müalicəvi-kurort şəhərində keçirəcək. Başqan buy ay həm dincələcək, həm də müalicə olunacaq.

İyunun 24-dən istirahətdə olan millət vəkillərinin əksəriyyətinin səs-sədası xaricdən gəlir.

Deputat Fəzail Ağamalı Simsar.az-a açıqlamasında xaricdə istirahət etdiyini desə də, olduğu ölkənin adını deməyib. Əlavə edib ki, ilboyu ən çox işləyən deputatlardan biridir: «Bu il çox işlədim. İndi yorğunluğumu çıxarmağa çalışıram. Burada da boş oturmuram. Kitablar oxuyur, qeydlər aparıram. Həm də internet vasitəsilə siyasi prosesləri izləyirəm».

Deptut Fərəc Quliyev də xaricdədir. Telefon zəngimizə «xaricdəyəm, gələn həftə ölkəyə dönəcəm» deyən millət vəkili olduğu ölkənin adını açıqlamayıb.

Millət vəkili Asim Mollazadənin rəhbəri olduğu partiyadan Simsar.az-a bildiriblər ki, sədr xaricdə istirahət edir.

Deputat Aqil Abbas Simsar.az-a açıqlamasında Gürcüstandan təzə gəldiyini bildirdi. Batumidə ailəvi dincələn Aqil Abbas istirahətindən məmnun qaldığını deyir.

Digər deputatlardan Fəzail İbrahimli, Rafael Hüseynov, Səməd Seyidov, Adil Əliyevin bu il dincəlmək üçün xaricə getmələri barədə məlumatlar verilib. Hazırda xaricdəki deputatların əksəriyyəti ölkəyə dönüb, Ramazan bayramını vətənda qeyd edəcəklər.

Deputatların əksəriyyətinin xaricdə olması media nümayəndələrini mövzusuz, daha doğrusu müsahibsiz qoyub. Rəhbərlik müxbirlərdən müsahibə tələb edir, müsahiblər isə bəlkə də, həm də bizim əlimizdən canlarını götürüb xaricə fiziki və zehni istirahət üçün üz tutublar. Eybi yox, vətənə dönəndən sonra yerli istirahət mərkəzlərini xarici istirahət mərkəzlərinə dəyişmələrinin hesabını onlardan sorarıq…

Ruslan Xəlil









18 Avqust, 2012  15:18 Baxılıb: 1070 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner